Cladosporium

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cladosporium
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{Kisəli göbələklər}}, taksonun sistematikasını təsvir etməlidir Kisəli göbələklər.
???:
Cladosporium
Beynəlxalq elmi adı

Cladosporium cinsli göbələklərGöbələklər aləminin Kisəli göbələklər şöbəsinə daxildirlər.

Təsviri və təbii mühiti

[redaktə | vikimətni redaktə et]

Cladosporium cinsli göbələklər piqmentli kif göbələkləridirlər və qalıq üzvü maddələrdə geniş yayılıblar. Tez-tez bu göbələklərlə ərzaqların kirlənməsi hallarına rast gəlinir. Bəzi növləri tropik və subtropik regionlarda dominantlıq edirlər. Həmçinin bəzi Cladosporium cinsli göbələklərə balıqlarda da rastlanır. Cladosporium cinsli göbələklər əsasən bitkilərdə patogenlik edir və bununla bərabər onlar digər növlü göbələklərdə də patogenlik edirlər. Bu cinsli göbələklərin sporları əsasən küləklə yayılır və atmosferdə onlara geniş rastlanır.

Cladosporium cinsli göbələklərə 50-dən atıq növ daxildir. Ən geniş yayılanları Cladosporium elatum, Cladosporium herbarum, Cladosporium sphaerospermum, Cladosporium cladosporioides — dir.

Makroskopik əlamətləri

[redaktə | vikimətni redaktə et]

Cladosporium cinsli göbələklərin optimal böyüməsi PDA mühitində 25 Cdə gedir. Əksər Cladosporium növləri 35C dən yuxarı temperaturda inkişafını dayandırır. Zeytuni qəhvəyi yaxud qara koloniyalar əmələ gətirir. Sadə yaxud budaqlanan qara piqmentli konidi zəncirləri əmələ gətirirlər.