Cin Midi
Cin Midi, Venqşu | |
---|---|
金日磾, 翁叔 | |
Du markizi | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | E.ə. 134 |
Doğum yeri | Qansu |
Vəfat tarixi | E.ə. 86 |
Dəfn yeri | Mao mavzoleyi, Hsianyanq, Şanhsi, Çin |
Fəaliyyəti | siyasətçi |
Atası | Syuçu şahzadə |
Anası | Yanşi |
Həyat yoldaşı | Huo Kuanqın qızı |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Cin Midi (e.ə. 134, Vençjou[d], Çjetszyan – e.ə. 86) — Hun şahzadəsi, Du markizi, İmperator Çaonun qəyyumu.
Gəncliyi
[redaktə | mənbəni redaktə et]Cin Midinin əsl hun soyadı bəlli deyil. O, eramızdan əvvəl 134-cü ildə babası Günçen şanyünün hakimiyyəti dövründə Qansuda doğulmuşdu. Atası Syuçu şahzadəsi idi. Syuçu və Hsinşi şahzadələri Hunların sərhəd bölgələri olan Heksi korridorunu idarə edirdilər. E.ə. 126-cı ildə hun taxtına keçən İçiz şanyü dövründə Çin sərkərdə Huo Kubinqin başçılığı ilə 10.000 atlı ilə birgə hücuma keçdi. Əsəbləşən İçiz məğlub olan iki sərkərdəni, şahzadə Hunye və Syuçunu yanına çağırdı. Cəzalanmaqdan qorxan Hunye Çinə qaçmağı təklif etsə də Syuçu imtina etdi. Buna görə də Hunye Syuçunu öldürdü və qaçdı. Midi də anası Yanşi və qardaşı Lun ilə birlikdə həbs edilərək Çinə aparılmışdı. Qarət edilən malların arasında şahzadənin Tenqriyə qurban vermək üçün istifadə etdiyi qızıl büt də vardı.
Arxaplandakı hadisələr
[redaktə | mənbəni redaktə et]Hunye imperator tərəfindən Tayin markizi təyin olunmuşdu. Markiz titulu sərhəd bölgələrinin hakimlərinə verilən titul idi.
Sarayda yüksəlişi
[redaktə | mənbəni redaktə et]Cin imperator tərəfindən e.ə. 121-ci ildə şaofu - yəni imperatorun ilxısının çobanı təyin olundu. Atların yetişdirilməsindən çox məmnun qalan imperator onu dövlət ilxısının çobanı vəzifəsinə yüksəltdi. Sarayda bir hunun önəm qazanmasını qısqanan çinli əyanların varlığı imperatoru onu daha da çox sevməyə təhrik etdi və atasının Tenqriyə qurban vermək üçün istifadə etdiyi qızıl bütün şərəfinə ona qızıl mənasına gələn "Cin" soyadını və "Venqşu" adını verdi.
Oğlunu öldürməsi
[redaktə | mənbəni redaktə et]Cin Midi daim hun olduğunu qəbul etsə də Çin adətlərinə bağlı idi. Bir dəfə oğlunu imperatorun məşuqələrindən biri ilə görən Midi onu öldürdü və imperatora xəbər verdi. İmperator onun bu hərəkətini bir sədaqət timsalı olaraq bağışladı.
Qəyyumluq
[redaktə | mənbəni redaktə et]E.ə. 87-ci ildə imperator Vu xəstələndi və oğlu Çaonun qəyyumu olaraq Cin Midini təyin etdiyini xəbər verdi. Midi isə bu vəzifəyə gəlməyinin əslən çinli yox hun olduğu üçün doğru olmadığını, Huo Kubinqin qardaşı, həmçinin özünün qaynatası olan Huo Kuanqın qəyyumluğa daha uyğun olduğunu dedi.
Son dövrü
[redaktə | mənbəni redaktə et]E.ə. 86-cı ildə Midi çox ağır xəstəliyə tutuldu. Yeni imperator tərəfindən Du markizi təyin olması xəbəri ona xəstə yatağında verildi. Onun övladları 7 nəsil boyunca imperatora xidmət etdilər.
Nəsli
[redaktə | mənbəni redaktə et]Huo Kuanqın qızı ilə evlənmişdi. Qardaşının nəvələri və özünün nəvələri imperatorluqda önəmli mövqelər əldə etmişdilər. Oğlu Cin Şanq imperator Hsüan və Yuan dövründə önəmli gücə sahib əyanlardan idi. İmperator Yuan dövründə sarayını ən güclü əyanlarından olmuş, imperatorun şəxsi köməkçisi olmuşdu. Onun sülaləsindən olan, 209-cu ildə vəfat edən sərkərdə Cin Hsüan imperator Hsüandi tərəfindən öldürülmüşdü. Hsüanın oğlu Cin Yi Vey hökmdarı Kao Kaoya üsyan etsə də öldürülmüşdü. Bundan sonra Cin ailəsinin bir nümayəndəsi şərqə, ailənin əsas hissəsi isə qərbə qaçmışdı. Konq təpələrinə gələn Cin ailəsi burada soyadlarını dəyişərəq Konq ailəsinə çevrildilər. 66-cı ildə sülalənin digər üzvü, Midinin 7-ci nəsildən nəvəsi olan Cin Alci anası tərəfindən bir ağacda qızıl qutuda asılaraq tərk edildi. Onu tapan Yapon vəzir Hoqonq, Alcini Şilla kralı Talhaenin yanına apardı. Talhae onu oğulluğa götürdü və Koreya dilində "qızıl" mənasına gələn "Kim" soyadını verdi. Alcinin 6-cı nəsildən nəvəsi Miçu sonralar Şilla kralı oldu.