Chanel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Chanel
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye dəb
Məhsulları dəbdəbəli geyim, ətriyyat, çanta, aksessuarlar
Təsis tarixi 1913[1]
Baş qərargahın yeri  FransaParis
İqtisadi göstəriciləri
Ümumi gəliri € 6.3 milyon
Xalis mənfəəti € 1.56 milyon
Əməliyyat mənfəəti
  • 5.776.000.000 $ (2022)[2]
Struktur
İşçi sayı 1270
Rəhbərlik
Təsisçi Koko Şanel
www.chanel.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel‎) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil[3] şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır.[1] 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir.[4] Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir.

Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə.[5]

border=none Əsas məqalə: Koko Şanel

Dərziliyi öyrənmiş Koko Şanel 1909-cu ildə şlyapa atelyesi açır. Burada o, zəngin qadınlar üçün zərif baş örtükləri, papaq və şlyapalar hazırlayıb satır. Onun böyük yaradıcılıqla hazırladığı şlyapaların sorağı Pais cəmiyyətinə də çatmış olur. Beləliklə mademouzel Şanel 1910-cu ildə Parisdə Kambon küçəsi (fr. Rue Cambon) 21 ünvanında, Ritç otelinin arxasında fr. “Chanel Modes” atelyesini açır. Madmazel Şanel ilk dəfə 1916-cı ildə özünün bütün dəbli kolleksiyasını nümayiş etdirdi. Bundan sonra onun kolleksiyaları, əsası 1892-ci ildən ABŞ-da nəşr olunan Vogue qlamur, moda haqqında aylıq qadınlar üçün jurnalının əsas mövzusuna çevrilmiş olur. 1918-ci ildə fr. Rue Cambon 31 ünvanında, fr. “Chanel Modes” butik mağazası açılır. Bu günə qədər həmin qərargah moda "bayraqdarı" və "məbədi" kimi nüfuzunu qorumaqdadır. 1925-ci ildə Koko Şanel pərəstişkarlarına ilk dəfə yaxasız və yun parçadan kardiqan kostyumlar təqdim edir. 1926-cı ildən isə "Şanel Evi" öz alıcılarına klassik stildə "kiçik qara" (fr. petite robe noire) adlandırılan dizə qədər paltarlar təklif edir. Onun bu moda kolleksiyasının təvazükar, bir qədər də kədərli qara rəngdə, olmasına baxmayaraq qadın üçün XX əsrin ən əhəmiyyətli paltar növü kimi qəbul olunmuşdur. "Kiçik qara" modeli fonunda mademauzel Şanel bəzək kolleksiyası ilə də məşqul olur. "Kiçik qara" fonunda uzun mirvari boyunbağları məhz onun dizaynı sayılır. 1926-cı ildə Koko Şanel Teatr rejisoru Jan Koktonun sifarişləri ilə səhnə kostyumları və geyimləri hazırlayır.

border=none Əsas məqalə: Chanel No.5
“Chanel N°5” ətirinin müəllifləri
Chanel hat from Les Modes 1912.jpg
fr. Coco Chanel, 1912
Ernest Beaux.jpg
fr. Ernest Beaux (1881-1961)


Chanel N°5.jpg
Allure Homme.jpg
Coco de Chanel.jpg
Coco mademoiselle.jpg
Chanel ətirləri

Ernest Eduardoviç Bo (fr. Ernest Beaux, 8 dekabr 1881, Moskva — 9 iyun 1961, Parid) — rus və fransız ətiryatçısı olub, 1921-ci ildə ona şöhrət qazandıran məşhur "Chanel N°5" ətirinin yaratmışdır. 1922-ci ildə rəsmi olaraq Koko Şanel ətriyyatçı fr. Ernest Beaux (1881–1961) ilə birlikdə "Chanel Nº5" ətirini pərəstişkarlarına təqdim edirlər. Rallet № 1 seriyasından olan ətirlərin içindən mademauzel Şanel beşinci nömrəni bəyənərək seçmişdir. Ətirin qablaşdırılmasından tutmuş qutusunadək olan bütün tərtibatı öz boynuna götürən Koko Şanel onu milad bayramı ərafəsində bütün tanışlarına, seçilən, əslli-nəcabətli, və zəngin qadınlara, moda evlərinə hədiyyə qismində göndərir. Beləliklə də Koko Şanelin moda kolleksiyalarının işığında ətir məşhurlaşmış olur.

1924-cü ildən "Şanel Evi" silsilə şəkilli "Chanel (Nº 11, Nº 14, Nº 20, Nº 21, Nº 27, Nº 55)" ətirini təqdim etmişdir. "Chanel Nº…" ətirinin şüşə qabının dizaynı məhz Koko Şanelə məxsusdur. Koko Şanelin iş ortağı olan dünya bazarına çıxmağa can atan işadamı Piyer Vertheimer öz qardaşı ilə birlikdə Pantindəki "Bourjois" kosmetik fabrikinin maliyə və texniki imkanları hesabına "Chanel Nº5" ətirinin istehsalçısına çevrilir. Konsern səhimlərin 70%-nə sahib olan müəssisə "Şanel evindən" ayrılmağa qərar verir. Şəxsən 10% səhmə malik Koko Şanel "Qaleri Lafayet" (fr. Galeries Lafayette) univermaqlar şəbəkəsini yaradır. 1926-cı ildə "Şanel evi" Fransadan kənarda Londonda ilk butik mağazasını açmış olur. II Dünya müharibəsindən sonra "Qaleri Lafayet"in rəhbərliyinin dəstəyi ilə E. Bo Koko Şanel ilə birlikdə ətirin müəlliflik hüququnu əldə etmək üçün uzun müddət mübarizə aparmalı olmuşdur. İstər qadın istərsə də kişilər üçün təklif olunan Chanel məmulatları ən bahalı, eleqant dəbdəbəli kosmetik ləvazimatlar və ətirlər sayılmaqdadır. Bunlardan "Pour Monsieur" (1955), Nº 19 (1971), "Cristalle" (1974), "Antaeus" (1981), "Coco" (1984), "Egoïste" (1990), "Platinum Egoïste" (1993), "Allure" / "Allure Homme" (1999), "Coco Mademoiselle" (2001), "Chance" (2002), "Bleu de Chanel" (2010) və s. kimi ətirləri misal göstərmək olar.

1939-cu ildə İkinci Dünya müharibəsinin başlaması ilə əlaqədar Koko Şanel öz salonunu bağlamağa məcbur olur. Müharibə bitdikdən sonta İsveçrəyə mühacirət edir. Səbəb isə alman diplomatı Hans Günter ilə olan münasibəti olur. 1954-cü ildə geri dönərək keçmiş ortağı Pyer Virthaymerin dəstəyi ilə elə həmin ilin fevralında 71 yaşında ikən yeni moda kolleksiyaları ilə solonunu yenidən açmış olur. Mətbuatdan qaçan Koko Şanel daim tənqidi yazılara məruz qalır. Hələ ki, cəmiyyət onu bağışlamağa hazır deyildir, lakin bir il sonra amerikan moda jurnalı ona yeni kostyum dizaynı münasibətilə təbrik messajını göndərir və Koko Şanel əvvəlki uğuruna qovuşmuş olur.[1]

"Chanel 2.55" əl çantası

"Şanel Evi"nin təqdim etdiyi, qadınların kumiri sayılan əvsanəvi "Chanel 2.55" əl çantası 1955-ci ildə şəxsən mademauzel Şanel tərəfindən hazırlanmışdır. Çanta kiçik, dördbucaqlı formada, üzəri romb şəkilli tikişli olub, çiyindən asmaq üçün metal zəncirdən ibarət dəstəyə malikdir. Çanta yaranma tarixinə əsasən (fevral 1955) 2.55 adlandırılmışdır. İlk nümunə Koko Şanelin sevimlisi olan qara rəngdə təqdim olunsa da sonralar onun çüşidli rəngləri təklif olunmağa başlanılmışdır. Buzov dərisindən xüsusi hazırlanmış "qara kürü" adlanan 2.55 çantaları daha çox tələb olunanlardan sayılır.

"Mən əlimdə ridiküli daşımaqdan yoruldum, bundan başqa mən onu daim itirirəm"

— Koko Şanel, 1954

Chanel 2.55 modelinin tipik elementi, zərf formasında olmaası və "çanta içində çanta" effekti verən ikiqat örtük qapağına malik olmasıdır. Koko Şanel çantanın arxa tərəfdəki cibinə "Mona Lizanın dodaqları" ləqəbini vermişdir.[7] Chanel 2.55 çantasının 1980-ci ilə qədərki, modelinin üst qapağı "Madmazel kilidi" adlanan düzbucaqlı kilidə,[8] sonrakı modellər isə uzərində Chanel loqosu olan "Classic Flaps" adlanan yarımdairəvi formalı kilidə malikdirlər.

  1. 1 2 3 "Geraldine Chaplin ist Coco Chanel". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-08.
  2. Press-reliz. 2023.
  3. Keira Knightley spielt Coco Chanel Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine, elle.de, 20. März 2013
  4. "Karl Lagerfeld to Celebrate Chanel's 100th Anniversary by Directing Keira Knightley". 2014-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
  5. World's Richest People: Wertheimer, Alain & Gerard Arxivləşdirilib 2010-08-19 at the Wayback Machine, forbes.com, 2005
  6. "Коко Шанель". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  7. ""Mona Lizanın dodaqları"". 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.
  8. ""Madmazel kilidi"". 2016-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]