Ceymi Hyulet

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ceymi Hyulet
Doğum adı Jamie Christopher Hewlett
Doğum tarixi 3 aprel 1968(1968-04-03)[1][2] (56 yaş)
Doğum yeri
Fəaliyyəti komiks rəssamı, illüstrasiyaçı[d], ssenarist, rejissor, mahnı yazarı[d], qrafik dizayner, animasiyaçı, dizayner
Üzvlüyü
jamiehewlett.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceymi Hyulet (ing. Jamie Hewlett; 3 aprel 1968[1][2], Horşam[d], İngiltərə[3]) — Birləşmiş Krallıqdan olan komik buk artisti, illüstrator. O, rok qrupu Blur-un frontmeni Deymon Albarn ilə birlikdə virtual qrup Gorillaz-ın əsasını qoymuşdur. Ceymi həmin bu layihədəki işinə görə ad çıxarmışdır.

Ceymi Hyulet 1988-ci ildə tələbə yoldaşı Alan Martin ilə "Tankçı qız" (Tank Girl) adlı komiks seriyasını yaratmışdır. Sözügedən bu komiks ilk olaraq yeni istedadlı komiksçiləri üzə çıxarmaq məqsədi daşıyan "Deadline" adlı jurnalda dərc edilmişdir. Bu komiks sonralar müstəqil formada nəşr olunub.

Ceymi Hyulet mahnı çalıb-oxumasa da, Gorillaz üçün əvəzsiz işlər görmüşdür. O, özünəməxsus bədii töhfələri ilə virtualda mövcud olan bu qrupun uğurunda mühüm rol oynamışdır.

  1. 1 2 Jamie Hewlett // RKDartists (nid.).
  2. 1 2 Jamie Hewlett // BD Gest' (fr.).
  3. 1 2 https://www.theguardian.com/artanddesign/2008/jul/20/art.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]