Lentşəkilli qurdlar

Vikipediya, azad ensiklopediya
(Cestoda səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Lentşəkilli qurdlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Ranqsız:
Sinif:
Lentşəkilli qurdlar
Beynəlxalq elmi adı

Lentşəkilli qurdlar (lat. Cestoda) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Parazit həyat tərzi özünü daha kəskin göstərir. Yetkin halda onurğalı heyvanların bağırsağında rast gəlinir. Cavan mərhələlərdə isə onurğasız və onurğalı heyvanların bədən boşluğunda və müxtəlif orqanlarına parazitlik edir.

Quruluşu və fiziologiyası

[redaktə | vikimətni redaktə et]

Bədən adətən uzununa dartılmış formada olub, lentşəkillidir. Uzunluğu 1mm-dən 10 m arasında dəyişir. Rəngi ağ və ya sarımtıl rəngdədir. Lentşəkilli qurdların bədəni başcıq, boyuncuq və buğumlardan ibarətdir. Başcıq üzərində əzələli sormaclar və qarmaqlar vardır. Sormac və qarmaqcıqlar yapışma funksiyasını yerinə yetirir. Sormaclar daimi olduğu halda qarmaqcıqlar ona əlavədir.Sormacların sayı əsasən 4 olur. Proqlotidlər adətən dördkünc formadadır. Onların sayı 3-dən bir neçə minə qədər olur. Ön buğumlar çox xırdadır, arxaya getdikcə yetkinləşir.Yeni buğumlar boyuncuğun sonunda əmələ gəlir. Bədənin axırıncı buğumları yetişdikdə qopub ayrılır və nəcislə xarici mühitə düşür. Bədəni bütövlükdə zəncir və ya strobila adlandırırlar.

Sestodlar tipik dəri-əzələ kisəsinə malikdir. Tequmenti nazik bağlar vasitəsilə nüvəli sitoplazmanın bədənin daxilinə doğru batmış hissələri ilə birləşən nüvəsiz sitoplazmatik qatdan əmələ gəlir. Onların sitoplazmatik qatının xarici səthində külli miqdarda tükcüyəbənzər çıxıntılar - mikrotrixilər vardır. Bu çıxıntılar qidalanma prosesində rol oynayır.

Bazal membranın altında xarici həlqəvi və daxili boylama əzələ lifləri qatı yerləşir. Əksər sestodların parenximində əhəng cisimcikləri adlanan kalsium-karbonatın mikroskopik xırda hissəcikləri səpələnmişdir.

Lentşəkilli qurdların parenximasında xeyli miqdarda qlikogen toplanır. Onların parenximasında xeyli miqdarda qlikogen toplanır. Qlikogenin anaerob parçalanması bu qurdlar həyat fəaliyyəti üçün vacib olan enerjini alır. Lentşəkilli qurdların əsas xarakterik əlaməti onlrda həzm sisteminin olmamasıdır. Sahibinin bağırsağında yaşayan sestodlar üçün qidanı tutmağa və onu həzm etməyə ehtiyac yoxdur.

Sinir sistemi bütün parazitlərdə olduğu kimi zəif inkişaf etmişdir. Hiss orqanları bəən səthinə səpələnmiş hiss hüceyrələrindən ibarətdir. Mərkəzi sinir sistemi başcıqda yerləşmiş cüt beyin düyünündən ibarətdir. Bədənin arxasına bir neçə cüt sinir sütunları uzanır. Sütunlar eninə atmalarla birləşmişdir (ortoqon).

İfrazat sistemi protonefridial tipdədir. Bədənin yanlarında, sinir sütunlarından içəriyə doğru iki əsas ifrazat kanalı gedir. Onlar zəncirin arxa buğumundan başlayır, önə-başcığa qədər uzanır, geriyə dönüb arxa uca çatır və ümumi ifrazat dəliyi ilə qurtarır.

Cinsi sistem- lentşəkilli qurdlar hermafrotiddir. Cinsi üzvlər 200-cü buğumdan başlayaraq inkişaf edir. Sonrakı buğumlarda yaxşı inkişaf etmiş erkək cinsi sistem parenximada səpələnmiş çoxlu toxumluqlardan ibarətdir. Dişi cinsi sistem isə şaxələnən yumurtalıqdan ibarətdir ki, axarı ootipə açılır. Yumurta hüceyrələri ootipə daxil olur, buraya balalıq yolundan spermalar da keçir. Ootipdə yumurtalar bölünür və qabıqla örtülür.

Daxilində yalnız çox şaxələnmiş və çoxlu yumurtalarla dolu balalıq olan buğumları "yetkin" buğumlar adlandırırlar.

Sestodların patogen nümayəndələri

[redaktə | vikimətni redaktə et]

İnsan və heyvan orqanizmində parazitlik edən sestodlar bəzi ağır, hətta ölümlə nəticələnən xəstəliklər-sestodozlar bəzi ağır, hətta ölümlə nəticələnən -sestodozlar törədir. Ən çox patogen növlər PseudophyllideaCyclophyllidea dəstələrinə aiddir. Birinci dəstəyə balıqların qorxulu parazitlərindən olan adi qayış qurdu (lat. Ligula intestinalis) aiddir. Balıqlarda qayış qurdunun olması onların qidalanmasını zəiflədir və boy atmasını tamamilə dayandırır.

Enli lent qurd (lat. Diphyllobothrium latum) əsasən insanın nazik bağırsağında parazitlik edir. Avropada və Asiyada geniş yayılmışdır. Cyclophyllidea dəstəsinə aid olan öküz soliteri də (lat. Taeniarhynchus saginatus) geniş yayılmış parazitlərdəndir. Bu soliter insanın nazik bağırsağında yaşayır və güclü sormacları var. Ona görə öküz soliterinin müalicəsi çox çətindir.

Hazırda lentşəkilli qurdların 2 yarımsinfi və 19 dəstəsi vardır:

  • Yarımsinif Cestodaria
    • Dəstə Amphilinidea
    • Dəstə Gyrocotylidea
  • Yarımsinif Eucestoda
    • Dəstə Bothriocephalidea
    • Dəstə Caryophyllidea
    • Dəstə Cathetocephalidea
    • Dəstə Cyclophyllidea
    • Dəstə Diphyllidea
    • Dəstə Diphyllobothriidea
    • Dəstə Haplobothriidea
    • Dəstə Lecanicephalidea
    • Dəstə Litobothriidea
    • Dəstə Nippotaeniidea
    • Dəstə Onchoproteocephalidea
    • Dəstə Phyllobothriidea
    • Dəstə Rhinebothriidea
    • Dəstə Spathebothriidea
    • Dəstə Tetrabothriidea
    • Dəstə Tetraphyllidea
    • Dəstə Trypanorhyncha