Cessur
şəhər | |
Cessur | |
---|---|
ing. Jessore District | |
23°10′12″ şm. e. 89°12′00″ ş. u.HGYO | |
Ölkə | Banqladeş |
Tabesində | Khulna vilayəti |
Başçı | Cahirul İslam Çaklader Rentu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 2,606.94 km² |
Mərkəzin hündürlüyü | 7 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2,764,547 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 7400 |
Digər | |
jessore.gov.bd | |
Cessur — Banqladeşin cənub-qərbində, Khulna vilayətində şəhər.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Bhayrab çayı sahilində yerləşir. Dəmiryol stansiyası. Aeroport.[1]
Memarlığı
[redaktə | mənbəni redaktə et]Şəhər Kəlkətədən Dəkkəyə gedən yolun üstündə ticarət mərkəzi kimi inkişaf etmişdir. Politexnik institut; Cessur dairə məktəbi (1838; ölkənin qədim və ən nüfuzlu dövlət məktəblərindən biri), Racşahi Universitetinin 4 kolleci və s. var. Kütləvi kitabxana (1854; Banqladeşdə ilk kitabxanalardan biri) fəaliyyət göstərir.[1]
Sənayesi
[redaktə | mənbəni redaktə et]Cessur mühüm sənaye mərkəzidir. 6 kimya zavodu (plastik kütlə istehsalı), 4 poladəritmə zavodu; toxuculuq və diyircəkli qələm istehsal edən fabriklər; yeyinti sənayesi (yağ, çəltiktəmizləyən) müəssisələri; ədva istehsalı, buz hazırlayan 2 zavod və s. fəaliyyət göstərir. Kustar istehsal – toxuculuq, bambukdan məmulatlar, tikiş, zərgərlik, dəmirçilik, dulusçuluq sənəti inkişaf etmişdir. Cessur kənd təsərrüfatı rayonunun (düyü, şəkər qamışı, xurma və s. ticarəti) ticarət-paylaşdırıcı mərkəzidir. Banqladeş Hərbi-Hava Akademiyası Cessur yaxınlığındadır.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Cessur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 226. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.