Cessika Kempbell
Cessika Kempbell | |||||||
---|---|---|---|---|---|---|---|
Mövqeyi | forward[d] | ||||||
Çəkisi | 62 kq | ||||||
Vətəndaşlıq | |||||||
Doğum tarixi | 24 iyun 1992 (32 yaş) | ||||||
Doğum yeri |
|
||||||
Oyun karyerası | |||||||
|
|||||||
Məşqçi karyerası | |||||||
|
|||||||
Vikianbarda əlaqəli mediafayllar |
Cessika İvi Kempbell (ing. Jessica Eve Campbell; (24 iyun 1992, Musomin[d], Saskaçevan) — Kanada hokkeyçisi və hokkey məşqçisi. "Sietl Kraken" klubunun baş məşqçisi Den Baylsmanın köməkçisi, NHL tarixində ilk qadın məşqçi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Oyunçu karyerası
[redaktə | vikimətni redaktə et]2010-cu ildə gənclər arasında keçirilən şaybalı hokkey üzrə dünya çempionatının finalında overtaymda ABŞ komandasının qapısına şayba ataraq Kanada komandasına qələbə qazandırmışdır; qarşılaşma 5:4 hesabı ilə kanadalıların xeyrinə başa çatmışdır. Cessika turnirdə 15 xal toplayaraq ən çox şayba atan hokkeyçi olmuşdur və turnirin MVP-si seçilmişdir.
Dörd mövsüm Kornell Universitetini təmsil edən "Kornell Biq Red" komandasının heyətində çıxış etmişdir. 2013/2014 mövsümünün nəticələrinə görə 36 xal (14 22) toplamışdır. 2014-cü ildə Kanada Qadın Xokkey Liqasını təmsil edən Kalqari İnferno komandasının oyunçusu olmuşdur.
Kanada millisinin tərkibində 2015-ci ildə keçirilən şaybalı hokkey üzrə dünya çempionatının gümüş mükafatçısı olmuş, 5 oyun oynasa da şəxsi aktivinə xal yazdıra bilməmişdir.