Cem Sultan
Cem Sultan | |
---|---|
türk. Cem | |
Osmanlı sultanı (iddiaçı) | |
28 may 1481 – 20 iyun 1481 | |
Əvvəlki | II Mehmed |
Faktiki olaraq II Bəyazid | |
Karaman valisi | |
1474 – 1481 | |
Kastamonu valisi | |
1469 – 1474 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ədirnə sarayı, Ədirnə, Osmanlı imperiyası |
Vəfat tarixi | (36 yaşında) |
Vəfat yeri | Kapua, Neapol krallığı |
Vəfat səbəbi | zəhər[d] |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi, şair |
Atası | II Mehmed |
Anası | Çiçək xatun |
Həyat yoldaşı | Yelena-Mariya dei Konti Orsini di Pitilyano |
Uşaqları |
Şahzadə Abdullah Şahzadə Oğuzxan Şahzadə Pyer Məhəmməd Şahzadə Ayşə |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cem Sultan (22 dekabr 1459, Ədirnə – 6 mart 1495, Kapuya[d], Kampaniya) — Osmanlı şahzadəsi. Sultan II Mehmedin sonuncu oğlu və VIII Sultan II Bəyazidin kiçik qardaşı. Cem Sultan 14 il müddətində Roma papası tərəfindən əsir saxlanılmışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Cem Sultan, Sultan II Mehmedin sonuncu oğlu olaraq 23 yanvar, 1459-cu ildə Ədirnə Sarayında dünyaya gəlmişdir. Cem Sultanın doğum xəbəri II Mehmedə Yunanıstan səfərində olarakən çatmışdır. Cem dörd yaşında olarkən müəllimlərdən müxtəlif dərslər almağa başlamışdır. Əsasən sadə anlayışlardan başlayan ilkin dərslərdə dini mövzular üstünlük təşkil etmişdir. Bu cür dərslər Cem Sultana on yaşına qədər verilmişdir. Cemin Mükəmməl təhsil almasının ən böyük sübutu kimi hələ uşaq yaşlarından Yunan dilini təmiz öyrənməsi göstərilmişdir. Gənclik dövründə Cem Sultan digər Şahzadələr kimi rəsmi vəzifəyə təyin olunmuşdur. O, əvvəlcə Kastamonu Sancaqbəyi təyin edilsə də, qardaşı Şahzadə Mustafanın ani ölümünün ardından 1475-ci ilin sonlarında Konya sancaqbəyliyinə gətirildi.
Cem Sultan 22 yaşında olarkən 3 may, 1481-ci ildə II Mehmedin ölüm xəbəri taxt uğrunda real namizəd olan hər iki şəxsə göndərildi. Bu zaman II Bəyazid Amasyada, Cem Sultan isə Konyada fəaliyyət göstərirdi. Vəzirəzam Nişancı Qaraman Mehmed Paşa, sultanın ölüm xəbərini gizlətmək istəsədə buna nail olmamışdır. Nişançı Qaraman Mehmed Paşanın bu planını anlayan Yeniçərilər qiyam qaldırmış və onu öldürmüşdülər. Bu hadisədən sonra II Bəyazidin sultan elan olunması rəsmiləşmişdir. Cem Sultan atasının ölüm xəbərini dörd gün sonra öyrənmişdir. Atasının ölüm xəbərini öyrəndiyi gün Sədrəzam Nişançı Qaraman Mehmed Paşanında öldürülməsi xəbərini almışdır. Bununla da Cem Sultan hakimiyyətə gəlməkdə ən böyük dəstəkçisini itirmişdir. II Bəyazid atasının ölüm xəbərini Cem Sultandan daha tez almış və taxta çıxmaq üçün İstanbula hərəkət etmişdir. İstanbulda böyük hörmətlə qarşılanmış və bütün dövlət idarəçiliyini öz əlinə almışdır.
II Bəyazidin Sultan elan olunmasından sonra taxta olan şanslarının tükəndiyni anlayan Cem Sultan qardaşı tərəfindən öldürüləcəyini anlayırdı. Hələ II Mehmed özündən sonra taxta gələn sultanın öz qardaşlarını öldürməyi məqbul saymışdır. Bununla taxt mübarizəsinin yaranmasının qarşısı alınmalı idi. Cem Sultan II Bəyazid tərəfindən öldürəcəyi barədə xəbərlər almışdır. Bu səbəbdən ona tabe olan qoşun ilə birlikdə Bursa şəhərinə doğru irəliləmişdir. İnəgöl yaxınlığında 28 may, 1481-ci ildə yaşanmış döyüşdə Cem Sultan II Bəyazid tərəfindən üzərinə göndərilən qoşunu məğlub etmişdir. Həmin döyüşdən sonra Cem Sultan Bursa şəhərində özünü sultan elan etmiş, öz adına pul kəsdirmiş, xütbə oxutdurmuşdur. Ancaq bu şərti hakimiyyət 20 gün davam etmişdir.
Cem Sultan II Bəyazidə göndərdiyi məktubda imperiyanı bərabər şəkildə idarə etməyi təklif etmişdir. Belə ki, özünün Anadoluda Bəyazidin isə Rumelidə hökmdar olmasını tələb edən Cem Sultan məktubunda bununla tarixi ədalətin bərpa olunacağını yazırdı. II Bəyazid tərəfindən bir cümləlik cavab məktubu yazılmışdır. Həmin cümlədə Ərəb atalar sözündən götürülmüş, Hökmdarlar arasında qohumluq yoxdur cümləsi olmuşdur. Tərəflər arasında yaşanan növbəti döyüşdə Cem Sultan məğlub olmuş və dəstəkləndiyi Konya şəhərinə qayıtmaq istəmişdir. Burada isə II Bəyazidin komandanı Əhməd Paşanın ordusu ilə qarşılaşmışdır. İmperiya daxilində qalmağın təhlükəli olduğunu görən Cem Sultan ailəsi ilə birlikdə Qahirə şəhərinə, oradan isə Hicaza getmişdir. Cem Sultan Həcc ziyarətinə getmiş yeganə Osmanlı Şahzadəsidir.
Həcc ziyarətində olarkən bədii fəaliyyətə məşğul olmuşdur. Yazdığı şeirlərdə, taxt uğrunda mübarizə aparmağın mənasız olduğunu bildirmişdir. Bir müddətdən sonra yenidən Qahirə şəhərinə qayıtmışdır. Cem Sultan bu şəhərdə olduğu müddətdə yenidən taxta çıxmaq barədə düşünürdü, bu sahədə dəstək alması səbəbindən 27 may, 1482-ci ildə Konya şəhərinin üzərinə hücum etmişdir. Yalnız II Bəyazidin yaxınlaşmasından sonra Ankaraya doğru geri çəkilmişdir. Buradan yenidən Misirə qayıtmaq istəsə də, yolların bağlanması səbəbindən bu mümkün olmamışdır. II Bəyazid Cem Sultana həyatı boyu bütün xərclərinin ödənməsi əvəzində Qüds şəhərində yaşamağı təklif etmiş, ancaq rədd cavabı almışdır. Qəhramanoğlu Qasım bəy, Cem Sultana taxt uğrunda mübarizəni Rumelidə davam etdirməyi məsləhət görmüşdür. Belə olan halda Rodos Cəngavərlərinin gəmilərindən istifadə olunmalı idi. Cem Sultan tərəfindən taxt uğrunda yeni bir mübarizənin başlandığı vaxtda, II Bəyazid tərəfindən məktub almışdır. Məktubda Bəyazid Cemin taxtdan imtina etməsinin əvəzində, bir milyon axça təklif etmişdir.
Əsirlik dövrü
[redaktə | mənbəni redaktə et]Cem Sultan dəstək qazanmaq üçün Rodos adasına getmişdir. Burada Rodos Cəngavərləri tərəfindən yaxşı qarşılanmış və onun şərəfinə ziyafət təşkil olunmuşdur. Rodos Cəngavərlərinin rəhbəri Piyer d'Aubusson Cem Sultana kömək müqabilində Rodosdan alınan adaların geri verilməsini istəmişdir. Bununla yanaşı daimi sülh və 150 min qızılda Cem Sultandan taxta gələcəyi halda tələb olunmuşdur. Bütün təkliflərlə razılaşan Cem Sultan ona qarşı qurulan plandan xəbərsiz olmuşdur. Belə ki, Piyer d'Aubusson Roma Papasına yazdığı məktubundan Osmanlı Sultanın qardaşının onun əlində olduğunu və bu şahzadədən əsir kimi istifadə etməyin hər iki dövlət üçün böyük xeyir verəcəyini bildirmişdir. Aparılan gizli yazışmalarda Cem Sultanın Fransada əsir saxlanılması razılaşdırılmışdır. Bununla sultanın mümkün müdaxiləsinin qarşısı alınacaqdı. II Bəyazid Rodos adasında yaşayan əhalidən hər il 45 min axça vergi alırdı. Cem Sultan İstanbul üzərinə hücum planı hazırlayarkən, gözləmədən Siciliyaya oradanda Fransanın Nis Limanına gətirilmişdir. Osmanlı Şahzdəsinin əsirlikdə saxlanmasının utanc verici olması səbəbindən II Bəyazid Cem Sultanın qaytarmılması ücün Avropada olan əlaqələrindən istifadə etmişdir.
Fransa kralı ilə Sultanın dostluq münasibətində olması bəzi baronları narahat edirdi. Bu səbəbdən Cem Sultan əvvəlcə Lion sonradan isə Poulet qalalarına gətirilmişdir. Burada sultan II Bəyazidin elçisi şahzadə ilə görüşmək istəsədə bu baş tutmamışdır. Fransada 7 ilə yaxın əsirlikdə qalan Cem Sultan 14 mart, 1489-cu ildə Tulon şəhərində Roma şəhərinə göndərilmiçdir. Bununla Cem Sultan amilindən istifadə etmək şansı Roma Papasının əlinə keçmişdir. Roma papası VIII İnnokkenti Cem Sultana Xristianlıq dinini qəbul etməyi təklif etmiş və bunun əvəzində ona taxt mübarizəsində dəstək vəd etmişdir. Bu təklifi rəddedən Cem Sultan taxt uğrunda dinindən heç vaxt imtina etməyəcəyini bildirmişdir.
Vəfatı
[redaktə | mənbəni redaktə et]Cem Sultan Romada 6 ilə yaxın qalmışdır. Bu dövr ərzində Macarıstan kralı başda olmaqla, Məmlük sultanı və digər krallar Cem Sultanın azad olunmasını tələb edirdilər. Roma Papası VI Aleksandr təzyiqlər nəticəsində Cem Sultanı Fransa kralına verməyə razılaşmışdır. Kral VIII Karl Cem Sultanı Neapol şəhərinə yola salmışdır. Ancaq səfər zamanı Cem Sultanın səhhəti pisləşmişdir. Əsas ehtimallara görə Roma papası Cem Sultanı təhvil verməzdən əvvəl zəhərlənməsinə göstəriş vermişdir. Cem Sultan ölüm ayağında olduğunu anladığından vəsiyyətnamə yazdırmışdır. Həmin vəsiyyətdə ailəsinin Misirdən İstanbula gətirilməsini, onlara hörmət olunmasını və özünün Osmanlı imperiyasının sərhədləri daxilində dəfn olunmasını istəmişdir.
Cem Sultanın vəfat etməsi qardaşı II Bəyazid tərəfindən böyük üzüntü ilə qarşılanmışdır. Qardaşının əsir saxlanıldığı ölkələrdən vergi almayan və Cem Sultanın saxlanılması üçün Roma Papasına hər il 40 min qızıl verən II Bəyazid imperiya daxilində 3 günlük matəm elan etmişdir. Neapol kralının Cem Sultanın cənazəsini verməkdən imtina etməsi hər iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. II Bəyazid cənazənin verilməyəcəyi halda Neapol kralını müharibə ilə hədələmişdir. Yalnız bu təhdiddən sonra Cem Sultanın cənazəsi dəyişdirilmişdir. Vəfatından dörd il sonra Cem Sultanın cəsədi Bursa şəhərinə gətirilmişdir. O, burada kiçik yaşlarında vəfat etmiş qardaşı Şahzadə Mustafanın yanında dəfn olunmuşdur. II Bəyazid qardaşının ona qarşı mübarizə aparmasına baxmayaraq, qardaşının xatirəsini hər zaman əziz tutmuşdur.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Orsini ailəsindən Pitilyanolu Nikkolo di Pitilyanonun qızı Yelena-Mariya dei Konti Orsini di Pitilyano ilə evlənmişdir. Övladları:
- Şahzadə Abdullah (d. 1473 — ö. 1481)
- Gövhərmülk Sultan (d. 1473 — ö. 1505)[1] — 1495-ci ildə Qayıtbəyin oğlu Nasir Məhəmmədlə, ikinci dəfə 20 may 1504-cü ildə Anadolu bəylərbəyi Sənan Paşanın oğlu Yanya sancaqbəyi Mehmed bəylə (ö. 1552) evlənmişdi.[2]
- Şahzadə Oğuzxan (d. 1474 — ö. 17 fevral 1483)[3]
- Şahzadə Murad (d. 1475 — ö. 27 dekabr 1522)
- Şahzadə Cem
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Delhoume, Didier. Le Turc en le Chevalier. Djem Sultan, un prince ottoman entre Rhodes et Bourganeuf au XVe siècle. The Ottoman prince and the Knight. — Limousin, 2004
- Freely, John. Jem Sultan. The adventures of a captive Turkish prince in Renaissance Europe — London, 2004
- Sablier, Edouard. Le prisonnier de Bourganeuf. Djem Sultan 1459–1495 — Villeneuve-d' Ascq 2000
- Vatin, Nicholas. Sultan Djem. Un prince ottoman dans l'Europe du XVe siècle d'après deux sources contemporaines: Vâķı`ât-ı Sulţân Cem, Œuvres de Guilaume Caoursin — Ankara
- Chevrier, Jean-Marie. Zizim, ou l'épopée tragique et dérisoire d 'un prince ottoman — Paris, 1993
- Ruederer, Josef. Theaterstücke: Die Fahnenweihe; Die Morgenröte; Prinz Dschem — München, 1987
- Мутафчиева Вера. Дело султана Джема. — Серия: Зарубежный роман XX века — М. Худлит, 1986 г. 416 с.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mustafa Çağatay Uluçay. Padişahların kadınları ve kızları. Ankara, Ötüken. 2011. 50 n. 18, 48 n. 14.
- ↑ Thuasne, Louis. Djem, Sultan, fils de Mohammed II, frère de Bayezid II, (1459–1495) d'après les documents originaux en grande partie inédits: Etude sur la question d'orient à la fin du XVe siècle. Leroux. 1892. 388–9.
- ↑ Kafadar, Cemal, "Cem Sultan", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.1 s.340–343 ISBN 975-08-0072-9
- 23 yanvarda doğulanlar
- 1459-cu ildə doğulanlar
- 36 yaşında vəfat edənlər
- 25 fevralda vəfat edənlər
- 1495-ci ildə vəfat edənlər
- Bursada dəfn olunanlar
- Osmanlı xanədanı
- Əlifba sırasına görə vəzifəli şəxslər
- 22 dekabrda doğulanlar
- Ədirnədə doğulanlar
- 6 martda vəfat edənlər
- Kampaniya regionunda vəfat edənlər
- Osmanlı şahzadələri
- II Mehmed
- Osmanlı divan şairləri