Catocala fraxini
Catocala fraxini | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Catocala fraxini |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Catocala fraxini (lat. Catocala fraxini) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinin catocala cinsinə aid heyvan növü.
Təsviri
[redaktə | mənbəni redaktə et]Qanadları açılmış halda 85–106 mm-dir. Ön qanadları açıq boz olub, göyümtülə çalır. Eninə uzanan zolaqlar qara, yaxud tutqun bozdur, cütdür, dişlidir. Böyrəkşəkilli naxış göyümtül-boz, enli, qaramtıl-boz haşiyə ilə dövrələnmişdir. Yumru naxış çox zəif görünür və açıq-sarı rəngdədir. Qanadın saçaqları bozdur. Arxa qanadların əsası qaradır, enli göyrənglə, sonra enli qara rənglə haşiyələnmişdir. Qanadın kənarlarındakı saçaqlar ağdır.
Yayılması
[redaktə | mənbəni redaktə et]Mərkəzi və Şimali Avropada, Rusiyanın Avropa hissəsində, Qərbi Sibirdə, Qazaxıstanda, Uzaq Şərqdə, Şimali Çində, Qafqazda, Yaponiyada, Şimali Amerikada, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və Dağətəyi meşələrində və Lənkəranın Hirkan meşəsində təsadüf olunur. Kəpənəkləri may, iyun və oktyabrda uçur.
Həyat tərzi
[redaktə | mənbəni redaktə et]Enliyarpaq, tuqay və dəniz sahili meşələrdə və parklarda. Yumurta mərhələsində qışlayır. Tırtılı maydan iyula qədər müxtəlif növ qovağın yarpaqları, göyrüş, tozağac, fıstıq, qarağac, palıd, ağcaqayın, qızılağac, ağcaqovaqla qidalanır. İyulda yarpaqların arasında yumşaq barama içərisində puplaşır. Kəpənəyi mayın axırından, oktyabrın axırına qədər uçur. Ağac qabığının yarıqlarına tək-tək, yaxud bir neçə yumurta qoyur.
Sayı
[redaktə | mənbəni redaktə et]Lokal şəkildə, həm də az miqdarda təsadüf edilir.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Yaşadığı biotopların və meşələrin əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Qorunması üçün məsləhət görülən tədbirlər
[redaktə | mənbəni redaktə et]Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.