Cabbar Əliyev
Naviqasiyaya keç
Axtarışa keç
Cabbar Əliyev | |
---|---|
Doğum tarixi | 15 yanvar 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 30 noyabr 1973 (69 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID3107996 |
Cabbar Əli oğlu Əliyev (15 yanvar 1904, Naxçıvan – 30 noyabr 1973, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1960).
Həyatı
[redaktə | mənbəni redaktə et]Cabbar Əliyev 15 yanvar 1904-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1921–1924-cü illərdə Bakı Pedaqoji Texnikumunda, sonra Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Abbasmirzə Şərifzadənin bir müddətlik rəhbərlik etdiyi Mərkəzi fəhlə klubunun dram dərnəyində çalışıb. 1929-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. 24 may 1960-cı ildə Azərbaycan SSR əməkdar artisti fəxri adı ilə təltif olunub.[1]
Əli adlı yeganə oğlu olmuşdur.
Cabbar Əliyev 30 noyabr 1973-cü ildə vəfat etmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Görüş (film, 1955)
- O olmasın, bu olsun (film, 1956)
- Qızmar günəş altında (film, 1957)
- Bizim küçə (film, 1961)
- Leyli və Məcnun (film, 1961)
- Romeo mənim qonşumdur (film, 1963)
- Cazibə Qüvvəsi (1964)
- Qaraca Qız (1966)
- Poçt qutusu (film, 1967)
- Bizim Cəbiş müəllim (film, 1969)
- Dəli Kür (film, 1969)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.254