CWS T-1

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
CWS T-1
Ümumi məlumatlar
İstehsalçı Centralne Warsztaty Samochodowe
İstehsal ili 1925–1932
Qabariti
Uzunluğu
  • 4.830 mm
Eni 1.700 mm
Hündürlüyü 1.950 mm
Təkər bazası 3.420 mm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CWS T-1Polşanın ilk seriya istehsallı avtomobili. Daha doğrusu T-1 modelinin şassisi əsasında Centralne Warsztaty Samochodowe (CWS) şirkətinin sifarişi ilə Tadeusz Tanski tərəfindən hazırlanmış avtomobil seriyası. Tanski sıfırdan üç həftə ərzində mühərrik layihəsini hazırlamışdır. Nəhayət Dodge şassisinə quraşdırılmış bir prototip meydana gəlir. Öz şassinini hazırladıqdan sonra, Polşa avtomobil düşüncəsi maddi bir qüvvə halına gəlmişdir. Polşa tərəfin məlumatına görə bir çox maşın, 1939-cu ilin sentyabr ayında Qırmızı Ordu tərəfindən ələ keçirilmiş və SSRİ ərazisinə aparılmışdır. Bu avtomobillərin Rusiyada aşkarlana bilmə ehtimalı yüksəkdir. Polşanın özündə isə biri belə qalmamışdır.

CWS T-1 Kareta

Bütün avtomobil bir alətlə tam sökülə və yenidən yığıla bilirdi. Bunun səbəbi isə Avtomobilin yığıldığı vintlərin eyni ölçülü olmasıdır.

Avtomobil ilk dəfə 1922-ci ildə hazırlanmasına baxmayaraq, onun ilk istehsalı 1925-ci ildə gerçəkləşdirilmişdir.

İstehsal illəri 1925-1932-ci illəri əhatə edir. Bu müddət ərzində T-1 modelinin müxtəlif versiyalı 500 ədəd avtomobili istehsal edilmişdir.

Avtomobil seriyasına aşağıdakı modellər daxildir:

1930-cu ildə CWS Polşa sənaye nəhəngi PZInz tərəfindən ələ keçirildi, lakin avtomobillərin ismi əvvəlki adını qorudu

Lakin 1932-ci ildə zavod Polski Fiat yığmaqdan lisenziya almışdı. Bundan sonra İtaliya konserni rəhbərinin tələbi ilə CWS avtomobillərinin satışı (CWS-1 daxil olmaqla) dayandırılmışdır.