Cəfər İbrahimov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cəfər İbrahimov
azərb. Cəfər Məmməd oğlu İbrahimov
Doğum tarixi
Doğum yeri Gədəbəy rayonu, Kiçik Qaramurad kəndi, Rusiya İmperiyası Rusiya imperiyası
Vəfat tarixi (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti
Təhsili ali
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1972

Cəfər Məmməd oğlu İbrahimov (15 iyun 1904, Gədəbəy, Yelizavetpol qəzası2 mart 1977, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.[mənbə göstərin]

Cəfər İbrahimov 15 iyun 1904-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur. O, 1939–1940 illərdə müəllim işləmiş, 1941–1943 illərdə Bakı şəhəri Çaparidze rayon partiya komitəsində şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. Cəfər İbrahimov 1943–1977 illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinin dekanı, SSRİ tarixi kafedrasının müdiri olmuşdur.

Cəfər İbrahimova 1972-ci ildə Azərbaycan SSR Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.

Cəfər İbrahimov 2 mart 1977-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Cəfər İbrahimov orta əsrlər dövrü tarixinin tədqiqatçılarından idi. O, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti haqqında bir sıra qiymətli tədqiqat əsərlərinin müəllifidir.

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Qaraqoyunlu dövləti. Bakı, 1948 [1]
  • Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958.[2]
  • Феодальные государства на территории Азербайджана XV века, Баку, 1962.
  1. C.İbrahimov. Qaraqoyunlu dövləti. Arxiv surəti 24 aprel 2023 tarixindən Wayback Machine saytında Bakı, Azərnəşr, 1948, 86 s.
  2. C.İbrahimov. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958