Cəbəl Amil
Cəbəl Amil | |
---|---|
جبل عامل | |
Ölkə | Livan |
Cəbəl Amil — (ərəb. جبل عامل) 1920-ci ildə müasir Livanın yaradılmasından əvvəl Livanın cənubundakı dağlıq bölgənin tarixi adı. Adı 6-cı əsrdə Marib bəndinin dağıdılmasından sonra Yəməndən Livana köçən Amil bin Səbaanın adından gəlir.
Haqqında
[redaktə | mənbəni redaktə et]Cəbəl Əməl Livanın cənubunda bir bölgədir. Bu bölgə keçmişdə Suriyanın on iki imamçı bölgəsi kimi çox əhəmiyyətli olub.
Cağrafiyası
[redaktə | mənbəni redaktə et]Cəbəl Amil Cənubi Livanın sahil və dağlıq ərazilərini əhatə edir. Cəbəl Amilin sərhədləri dəqiq məlum deyil. Bu ərazi təxminən şimaldan Sidonun şimalında Əvəli çayına (köhnə adı: Faradis), cənubdan Nəhariyyə şəhərinin şimalında Qarn çayına (köhnə adı: Əbu Fətras və ya Nəhr Fitrə) qədərdir. Şərqdən Fələstinlə, Hovla gölünə (Kiçik İordaniya kimi tanınır) və Hasbia çayına qədər və qərbdən Aralıq dənizi ilə həmsərhəddir.