Cıdır oyunu
Cıdır - Azərbaycanda əsasən yaz və payız fəsillərində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biridir.[1]
Oyunun qaydaları
[redaktə | vikimətni redaktə et]Oyunda üçdən artıq adam iştirak edir. Hər oyunçunun papağı, xüsusi hazırlanmış 1m 40sm uzunluğunda dəyənəyi olmalıdır. Oyunu keçirmək üçün dəyirmi dirək, ağac kötüyü, saplı balta və düz yer seçirlər. Oyunçular əvvəl bir-bir əllərindəki dəyənəyi dirəyə və ya balta sapına vurub sürüşdürərək uzağa atmağa çalışırlar. Dəyənəyi ən geridə qalan oyunçu papağını dirəyin üstünə qoyur və ya balta sapından asır. Ən uzağa düşən dəyənəyin qaldığı yerdə bir cızıq çəkilir və həmin cızıqdan oyunçular dəyənəklərini papağa atırlar. Əvvəlcə papaq sahibi dəyənəyi atır. Əgər oyunçu öz papağını vurarsa, papağını geriyə götürür və oyun əvvəlki qayda ilə yenidən başlanır. Başqa oyunçular papağı vura bilməyəndə oyundan çıxırlar. Cıdırı ayaq üstə, yəni dəyənəyi heç bir yerə vurmadan da oynayırlar. Belə halda hər dəfə yenidən cızıq çəkilir. Çünki dəyənəyi belə atanda çox uzağa gedir və papağı vurmaq çətinləşir. Cıdır oyunu nizə atmaq, ov vurmaq və vuruş məşqini xatırladır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Səda - Unudulan milli oyunlarımız". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-22. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)