Cuzeppe Çezari

Vikipediya, azad ensiklopediya
(Cüzeppe Sezari səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Cuzeppe Çezari
Doğum tarixi fevral 1568[1][2]
Doğum yeri
Vəfat tarixi 3 iyul 1640(1640-07-03)[3][4][…] (72 yaşında)
Vəfat yeri
Fəaliyyəti rəssam, memarlıq çertyojçusu[d], memar, vizual incəsənət rəssamı
Janrlar dini rəssamlıq[d][6], janr rəssamlığı[6], tarix rəssamlığı[6], peyzaj[6], batal janrı[6], mifologiya rəssamlığı[d][6], [6], portret[6]
Stil manyerizm[5][7]
Tələbələri Qvido Ubaldo Abbatini[d], Françesko Alleqrini[d][5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cüzeppe Sezari və ya Kavaliere Darpino (it. Giuseppe Cesari, fevral 1568[1][2], Arpino[d], Latsio[3][5][…]3 iyul 1640[3][4][…], Roma[3][5][…])—italyan manyerist rəssam. Kavaliere Darpino (Məsihin süvarisi) titulu ona Papa VIII Klemens tərəfindən verilmişdi. Cüzeppe həm Papa Klement, həm də V Sikstus tərəfindən himayə edilmişdir. Cüzeppenin emalatxanası Karavacconun Romada çalışdığı ilk emalatxana olmuşdur.

Cüzeppenin atası Mazio Sezari əslən Arpinodan olsa da, rəssam özü 1568-ci ildə Romada anadan olmuşdur. Romada Nikolo Pomarçinoun tələbəsi olan 20 yaşlı Cüzeppenin ilk əsas işi 1589-1589-cu illərdə çalışıb, tamamladığı San Lorenzo kilsəsinin fasadına çəkdiyi rəsm olmuşdur. Bundan sonra o, Çertosa di San Martino kilsəsində çalışmağa başlayır. 1591-ci ildə yenidən Romaya qayıdan rəssam San Luici de Françezi kilsəsinin Kontarelli şapelindəki sərdabə üzərində işləyir. Sezari 1585-ci ildə San Luka Akademiyasının üzvü olmuşdur. 1607-ci ildə rəssam yeni Papa rəhbərliyi tərəfindən həbs etdirilmiş, 1640-cı ildə vəfat etmişdir.

Cüzeppe Sezarinin oğlanları Muzio və Bernardino rəssamın tələbələri olmuşdur. Bundan başqa Cüzeppe bir çox məşhur rəssam; Françesko Alleqrini da Qubbio, Quido Ubaldo Abatini, Vinçenzo Manenti və Bernardino Parasolenin müəllimi olmuşdur. Cüzeppenin ən görkəmli tələbəsi isə şüphəsiz ki, italyan rəssam Mikelancelo Merisi Karavaccodur. Karavacco 1593-1863-cü illər ərzində Sezarinin emalatxanasında çalışmışdır.

  1. 1 2 Cesari, Giuseppe (nid.). RKD.
  2. 1 2 Roettgen H. CESARI, Giuseppe, detto il Cavalier d'Arpino // Dizionario Biografico degli Italiani (it.). 1980. Vol. 24.
  3. 1 2 3 4 5 6 Arpino, Cavaliere d’ (ing.). [Oxford, England]: OUP, 2002.
  4. 1 2 Giuseppe Cesari (nid.).
  5. 1 2 3 4 5 6 Union List of Artist Names (ing.).
  6. 1 2 3 4 5 6 7 8 RKDartists (nid.).
  7. Giuseppe Cesari // Art UK. Art UK.