57°43′01″ şm. e. 12°56′44″ ş. u.HGYO

Buros

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Buros
ing. Borås
Gerb
Gerb
57°43′01″ şm. e. 12°56′44″ ş. u.HGYO
Ölkə  İsveç
Tabesində Vesterqotland
Tarixi və coğrafiyası
Əsası qoyulub 1621
Sahəsi 31.40 km2 km²
Mərkəzin hündürlüyü 143 m
Saat qurşağı UTCCET (UTC 1)
Əhalisi
Əhalisi 66,273 nəfər (2010)
Sıxlığı 2,111 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu ( 46) 33
Poçt indeksi 501 xx
Digər
Buros şəhərinin rəsmi internet rəsmi_saytıı
Xəritəni göstər/gizlə
Buros xəritədə
Buros
Buros
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buros (Borås) — İsveçin cənub qərbində şəhər.[1][1]

Əhalisi 66,3 min (2010) nəfərdir.[1]

Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport.

1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (19091910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır.[1]

Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir. Buros ölkədə ən iri toxuculuq (17-ci əsrdən; şəhərdə və ətrafında sahənin milli məhsulunun təqribən yarısı istehsal olunur) və tikiş (paltar, yataq dəyişəyi və ev üçün digər məhsullar) mərkəzlərindən biridir. Elektron məmulatları, tikinti və bəzək materialları istehsal olunur.[1]

  1. 1 2 3 4 5 Buros// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 99. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]