Bunud
Bunud | |
---|---|
40°55′09″ şm. e. 47°59′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 592 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 900 (2009) nəfər |
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | vikimətni redaktə et]Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.[1]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Bunud oyk., sadə. Qəbələ r-nunun Vəndam i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Vəndam kəndindən yaranmış dörd kiçik məntəqədən (Nohurqışlaq, Seyidqışlaq, Həzrə və Bunud) biridir. Yerli əhali oykonimi Bulud kimi tələffüz edir. Kənd əvvəllər Buludun suyu adlı kiçik çayın sahilində salınmış, sonralar buraya köçürülmüşdür. Adını kəndə vermiş çay da öz adını buludlu nəslindən almışdır.[2]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]- Bunud dağətəyi kənddir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]- Kəndin əhalisi 900 nəfər təşkil edir.
- Əhalinin əksəriyyəti azərbaycanlılar olsa da ləzgi və xınalıqlılar da var.
Təhsilin vəziyyəti
[redaktə | vikimətni redaktə et]- Bunud kəndində 1 orta məktəb var. Bu məktəb Fövzi Həmidovun adını daşıyır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |