Bunqkular
Bunqkular, to bunqkular (lalaki) – İndoneziyada Sulavesi adasınnın şərq yarımadasında, Bunku vilayətinin şimalında, Şimali və Cənubi Bunkuda, eləcə də Mendi bölgəsində,Tolo körfəzi sahilində və qonşu Vovoni adasında yaşayan xalq.[1] Mori və buqis xalqları ilə çox yaxındılar.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Əsasən, sahil boyunda (əvvəllər – dağlarda) məskunlaşmışlar. Bir zamanlar bunqkular dəniz xalqı hesab olunardı. Sayları 96 min nəfərdir (1995). Bunqkular, routalar, koronilər, lambatular, retelər, landavelər, vanalar, moronenelər, tokotualar, vavoniilər, kulisusular və epe subetnik qruplarına bölünürlər. Bunqkuların dili Avstroneziya ailəsinin Qərbi Avstroneziya qrupuna aiddir. Vavoni dilinə daha çox yaxındır. Dialektləri (ehtimal ki, müstəqil dillərdir): bunqku, koroni, tulambatu, moronene, vavonii, kulisusu. Bunquku dili bir neçə kastaya (səviyyə) ayrılır: incə, hamar, orta və qaba. İndoneziya dili də yayılmışdır.[2] Dindarları müsəlmandırlar-sünnilər, moronenelər və tokotualar arasında xristianlar da var.
XX əsrin əvvəllərinədək Bunqkuların ali hakimin başçılıq etdiyi knyazlığı mövcud olmuşdur. Knyazlıq Bunqku Krallığı və ya yerli dildə Tambuku və ya Tambuku Krallığı adlanırdı.[3] Ali hakimə 4 rayon başçısı, sonunculara isə kənd başçıları tabe idi. Ali hakimin və rayon başçılarının hakimiyyəti müəyyən ailələr daxilində irsən keçirdi. XIX əsrin ortalarında krallıq digər kiçik krallıqlarla birgə Hollandiya kaloniya imperiyasının tərkibinə qatılmışdır.[4] 1949-cu ildə İndoneziya Respublikasının tərkibinə qatılmışlar. Əsas məşğuliyyətləri əkinçilikdir (quru dərələrdə yetişdirilən çəltik, qarğıdalı, saqo, şirin kartof və kokos palması). Qıdalarında daha çox düyü üstünlük təşkil edir. Ənənəvi məskənləri pərakəndə, müasir məskənləri xətti planlıdır. Düzbucaqlı formalı, yortacəsaslı evləri ağac və bambukdandır. Kişilərin geyimi avro pasayağıdır; qadınlar saronq geyinirlər. Yeməklərin əsasını düyü təşkil edir. Ənənəvi inanclarına əcdadların kultu və ruhlara inam daxildir. Təkrar dəfn adəti (ölülər 3–5 il taxta meydançada saxlanılır, sonra bu müddət ərzində bütün ölənlərin sümükləri mağaralarda dəfn edilirdi) mövcud idi. Bunqku icması bir neçə təbəqələr bölünür: kral icması (rau), nəcib insanlar (mokole) və adi insanlar və kölələr (ata). Bunqkuların incəsənətində bəzi sahələr diqqət cəlb edir: döyüş sənəti (kuntu və manka), tatabua incəsənəti, ndengu-ndengu, ganda, rabana. Bölgənin inzibatı mərkəzi Bungku şəhəridir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Bunqukular // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə] / baş red. M. K. Kərimov. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. — II cild. — Səhifələrin sayı: 608. — Səh.: 76. — 10 000 nüsx. — ISBN 978-9952-441-02-4.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Melalatoa, M. J. (1995). Ensiklopedi suku bangsa di Indonesia. 1. Indonesia: Departemen Pendidikan dan Kebudayaan RI. p. 198.
- ↑ Kadjia, Dahlan (1998). Morfologi dan sintaksis bahasa Bungku. Pusat Pembinaan dan Pengembangan Bahasa, Departemen Pendidikan dan Kebudayaan. p. 1. ISBN 9794598380, 9789794598382.
- ↑ Hasan. Sejarah Poso. Dewan Perwakilan Rakyat Daerah Kabupaten Poso dan Penerbit Tiara Wacana Yogya. 2004. səh. 76. ISBN 9799340500, 9789799340504. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.
- ↑ Poelinggomang, Edward Lamberthus. Kerajaan Mori: Sejarah dari Sulawesi Tengah. Komunitas Bambu. 2008. səh. 89. 2018-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-05.