Buheyra
Buheyra | |
---|---|
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | VII əsr |
Fəaliyyəti | rahib |
Buheyra (ərəb. بحيرى, klass. süry. ܒܚܝܪܐ) — İslam mənbələrində görünən suriyalı nestorian rahib.[1]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Dəməşqə və ya geriyə gedən Məkkə karvanları tez-tez Buheyranın evində dayanırdılar. Peyğəmbərin uşaqlığını təsvir edən İbn Hişam, İbn-Səd-əl-Bağdadi və İbn-Cərir-ət-Təbərinin dediyi kimi, İslamdan əvvəlki dövrdə rahib Buheyra Büsrada əmisi Əbu Talibin ticarət karvanı ilə birlikdə Cənubi Suriyaya ilk səfərini edən Məhəmməd peyğəmbəri görüşmüşdür.
Buheyra gənc Məhəmməddə bir peyğəmbər görür. Məhəmmədin kürəyindəki peyğəmbərlik möhürünə, başının üstündəki ağ buluda və digər əlamətlərə baxaraq onun “son peyğəmbər” olduğunu təxmin edir və Əbu Talibə onun Şamda yəhudilər tərəfindən öldürülə biləcəyini söyləyir. Başqa bir versiyaya görə, Buheyra Məhəmmədi nestorianlığa çevirməyə çalışmışdır.
Bəhirənin söz və xəbərdarlıqları nəticəsində Əbu Talib Şama getmədi və mallarını Büsrədə sataraq oradan Məkkəyə qayıtmışdır. Xristian ilahiyyatçısı Dəməşqli İoannnın sözlərinə görə Buheyra öz səhv fikirləri ilə Qurana ilham verən azğın rahib adlandırmışdır[2].
Qalereya
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Dəməşqli İoann, Des hérésies, bölüm CI.
- ↑ From Writings, by St John of Damascus, The Fathers of the Church, vol. 37 (Washington, DC: Catholic University of America Press, 1958), pp. 153–60. Posted 26 March 2006 to The Orthodox Christian Information Center – St. John of Damascus’s Critique of Islam Arxivləşdirilib 2019-01-10 at the Wayback Machine