Bubilər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bubilərin milli bayrağı

Bubilər, fernandlılar , yediyelər , adiyyalar , adicalar (özlərini bubi , bube adlandırırlar) — Ekvatorial Qvineyada bantu qrupundan xalq.[1]

Bioko adasının yerli əhalisi. Sayları 49 min nəfərdir (2005). Şimali (nelər, sakatolartolar) və cənubi (abbalar, loketolar, biomalar, tetelər, rekalar) Bubilərə bölünürlər. Bantu dillərinin A zonasına aid edilən və şimal, cənub-qərb, cənub-şərq dialektləri olan bube dilində danışırlar.[1]

Dindarları, əsasən, xristiandır, ənənəvi inanclarını saxlayanlar da var.[1]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Əsas ənənəvi məşğuliyyətləri toxa əkinçiliyi, ovçuluq, balıqçılıqdır; ağac üzərində oyma sənəti inkişaf etmişdir (8–10 dili olan, zəngin həndəsi naxışlı zınqırovlar – leyebo musiqi aləti səciyyəvidir). Avropalıların gəlişinə (15 əsr) qədər metaldan istifadə etmirdilər, əmək alətlərini daşdan düzəldirdilər. Böyük ailələr, ana xətti ilə qohum nəsillər və gizli cəmiyyətlər saxlanılır. Folklorları nəğmə, nağıl və atalar sözündən ibarətdir.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Bubilər// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 14.