Brendan Mürrey

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Brendan Mürrey
ing. Brendan Murray
Ümumi məlumatlar
Doğum adı Brendan Mürrey
ing. Brendan Murray
Doğum tarixi 16 noyabr 1996(1996-11-16)[1] (28 yaş)
Doğum yeri
Vətəndaşlığı  İrlandiya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2014-cü ildən
Janr pop
Səs tembri messo-soprano
Albom şirkəti RCA Records
Əlaqəsi Hometown qrupu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Brendan Mürrey (ing. Brendan Murray; 16 noyabr 1996[1], Qoluey[d]) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

2014–2016: Hometown qrupu

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir.

2017-indiki zaman: Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır[2]. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.

Brendan 11 may tarixində baş tutan müsabiqənin ikinci yarımfinal mərhələsində 9-cu səhnə almışdır. Nəticədə isə o yarımfinalda 86 xalla 13-cü yeri tutaraq, finala adlaya bilməmişdir.

Mahnı adı İl
"Dying To Try" 2017
  1. 1 2 Brendan Murray // https://pantheon.world/profile/person/Brendan_Murray.
  2. "Ireland: Brendan Murray to Eurovision 2017". Eurovoix. 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 dekabr 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Əvvəlki:
Niki Birn
"Sunlight"
İrlandiya Avroviziya Mahnı Müsabiqəsində

2017
Sonrakı:
Rayan O'Şounessi
"Together"