Boris Gevorkov
Boris Gevorkov | |
---|---|
erm. Բորիս Սարգսի Կևորկով | |
27 oktyabr 1973 – 24 fevral 1988 | |
Əvvəlki | Qurgen Melkumyan |
Sonrakı | Henrix Poqosyan |
1970 – 5 noyabr 1973 | |
Əvvəlki | Mina Salamzadə |
Sonrakı | Qrin Stepanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 1998 |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Gevorkov Boris Sərkisoviç (1932, Şamaxı – 1998, Moskva) — Dağlıq Qarabağ vilayət partiya komitəsinin birinci katibi (1973–1988).[1] SSRİ Ali Sovetinin Millətlər üzrə Şurasının 9–11 çağırışında Dağlıq Qarabağ Muxtar Vilayətindən millət vəkili (1974–1989).
Həyatı
[redaktə | mənbəni redaktə et]1932-ci ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib. 1954-cü ildən Bakı şəhəri komsomol Komitəsinin təlimatçısı, lektor qrupunun müdiri, təşviqat və təbliğat şöbəsi müdirinin müavini, əvvəlcə Dzerjinski rayonu, daha sonra Nərimanov rayonu komsomol komitəsinin sədrinin birinci müavini. 1961-ci ildən partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Azərbaycan KP MK-nın təşkilati-partiya işləri şöbəsinin inspektoru, 1970-ci ildən respublikanın Kirov raykomunun birinci katibi olmuşdur.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi təyin edilən Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyi ilə münaqişəyə girdi. 1973-cü ildə Boris Kevorkov Qurgen Melkumyanın yerinə Sov. İKP Dağlıq Qarabağ vilayət komitəsinin birinci katibi vəzifəsinə təyin edildi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- 1932-ci ildə doğulanlar
- Şamaxıda doğulanlar
- 1998-ci ildə vəfat edənlər
- Moskvada vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Bakı Dövlət Universitetinin məzunları
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayəti Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibləri