Bodonidae
Bodonidae | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: 'Bodonidae' |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Bodonidae (lat. Bodonidae) — İbtidailərin Euglenozoa tipinə daxil olan fəsilədir.
Xarakterik əlamətləri
[redaktə | mənbəni redaktə et]Bədən forması ovalvarı, yumurtaşəkilli, armudşəkilli olmaqla dəyişir. Ölçüləri – 1,4–15 mkm arasındadır. Çox vaxt 2 qamçısı olur. Nüvəsi birdir. Kinetoplast ön ucdadır. Çoxalması qeyri-cinsi və cinsi-avtoqamiya və ya qametlərin kopulyasiyası yolu ilə baş verir. Əksər fərdlərdə ağız dəliyi – sitostom var. Qidalanması animaldır. Torpaqların və su hövzələrinin biodinamik proseslərində fəal iştirak edir. Bodonidae fəsiləsinin parazit nümayəndələri təhlükəli heyvan və insan xəstəliklərinin törədiciləridir.[2]
Növləri
[redaktə | mənbəni redaktə et]Azərbaycanda aşağıdakı növləri: Bodo caudatus Stein, B. globosus Stein, B.lens Klebs, B. rostratus Klebs – Şirvan çölünün boz, Lənkəran təbii vilayətinin sarı torpaqlarında; B.celer Klebs, B.compressus Lemm., B.edax Klebs, B.uncinatus Klebs, B.mutabilis Klebs, B.saltans Ehrenberg, B.minimus Klebs, Bodo sp. – Lənkəran təbii vilayətinin sarı və Dağlıq Qarabağın şabalıdı torpaqlarında; Pleuromonas jaculans Petry – Lənkəran təbii vilayətinin sarı torpaqlarında; Amphimonas globosa Kent və A.fusiformis Mereschkovsky – Lənkəran təbii vilayətinin sarı torpaqlarında və Dağlıq Qarabağda tapılmışdır.[3]
- Costia necatrix (Heneguy) çəkinin, aynalı karpın, çapağın, xramulanın, qızılablığın qəlsəmələrində və dərisində parazitlik edir. Kür çayı hövzəsində yayılmışdır. Cryptobia branchialis Nie – qızılüzgəcdə, şirbitdə, sufda, xramulada, enlibaşda və b.; C. ninaekohlyakimovi (Yakimov et Schochar) Kür çayı hövzəsində naxada; C. guerneyorum (Minchin) Dəvəçi limanında və Kiçik Qızılağac körfəzində durnabalığında; C. borelli (Laveran et Mesnil) Dəvəçi limanında və Kiçik Qızılağac körfəzində qızılüzgəcdə, lilbalığında, Kür çapağında; C. cyprini Piehn – Dəvəçi limanında, Ağgöl, Sarısu, Nohur göllərində çəkidə, gümüşü dabanbalığında parazitlik edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Cavalier-Smith T. Higher classification and phylogeny of Euglenozoa (ing.). // Eur. J. Protistol. Elsevier BV, 2016. Vol. 56. P. 250–276. ISSN 0932-4739; 1618-0429; 0932-4739 doi:10.1016/J.EJOP.2016.09.003 PMID:27889663
- ↑ "Протисты: Руководство по зоологии". — СПБ.: Наука, 2007.- Ч.2–1144 с. ISBN978-5-02-026224-9(Ч.2), ISBN 5–026258-7
- ↑ Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.