Boşçalı
Boşçalı | |
---|---|
40°43′58″ şm. e. 47°00′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Yevlax rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Boşçalı — Azərbaycan Respublikasının Yevlax rayonunun Tanrıqulular inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | mənbəni redaktə et]Düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Gürcüstanın Borçalı mahalından gəlmiş ailələrin saldığı güman edilir. Etnotoponim olması da mumkundur.[1] Boşçalı toponimi özündə təklə tayfasının boşçalı tirəsinin adını əks etdirir. Oğuz türk tayfa ittifaqına daxil olan Təklələr əvvəllər Türkiyə ərazisində yaşamış, 1540-cı ildə isə tayfa başçısı Qazı xanın rəhbərliyi ilə Səfəvi hökmdarı I Təhmasibin hakimiyyətini qəbul edərək Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Onlar sonra Şahsevənlərin tərkibinə daxil olmuşlar. Ağsu, Kürdəmir, Masallı, Cəlilabad və Şamaxı rayonlarında təkləlilərlə bağlı kəndlər mövcuddur. Don Juan İranlı adı ilə tanınmış Oruc bəy Bayat öz əsərlərində qızılbaş tayfaları içərisində boşçalı (bozçalı) tayfasının da adını çəkmişdir. Hal-hazırda İmişli rayonunda Boşçalılar kəndi var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 147. (az.)
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |