Birlik Kuboku
Birlik Kuboku | |
---|---|
Açılış ili | 1993 |
Bağlanış ili | 2016 |
Son çempion | Rusiya U-21 |
Veb səhifəsi | www.com-cup.com |
Birlik Kuboku — Müstəqil Dövlətlər Birliyi və Baltik ölkələrin futbol üzrə çempion klubları ilə keçirilən turnir. Hər il yanvar ayında Rusiyada təşkil olunur. Keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə "Birlik kuboku" yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnir gənclərdən ibarət milli komandaların iştirakı ilə keçirilib.[1] 23 iyul 2016-cı ildə Rusiya Futbol Federasiyası prezidenti Vitali Mutko turnirin daha keçirilməyəcəyini elan edib, lakin bununla belə turnirin Azərbaycanda yenidən bərpa edilməsini müzakirə edirlər.[2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk dəfə 1993-cü ildə Moskvada təşkil olunmuşdur.
2009-cu ilin sentyabr ayında Sankt-Peterburqda "Birlik Kuboku"nun keçirilməsi haqqında birlik üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qərarının layihəsinin tamamlanması üzrə İşçi Qrupun iclasında turnirin adı dəyişdirilərək "MDB və Baltikyanı ölkələr birliyinin çempionlar kuboku" Beynəlxalq açıq futbol turniri olmuşdur.[4]
Yarışa daha çox sponsorların cəlb olunmasına, həmçinin mükafat fondunun formalaşmasına imkan yaratmaq məqsədilə 2009-cu ilin noyabr ayından turnirin himayədarı dəyişərək turnirə MDB Başçılarının Şurası olmuşdur. O vaxta qədər isə "Birlik kuboku" ilə bağlı bütün məsələlər - həm nəzarət, həm də təşkilatçılıq Rusiya Futbol İttifaqına məxsus olub.[5]
Təmsil olunan ölkələr
[redaktə | mənbəni redaktə et]- Azərbaycan
- Belarus
- Ermənistan
- Estoniya
- Finlandiya
- Latviya
- Litva
- Moldova
- Özbəkistan
- Qazaxıstan
- Qırğızıstan
- Gürcüstan
- Rusiya
- Serbiya
- Tacikistan
- Türkmənistan
- Ukrayna
- Qeyd 1. Gürcüstan 2008-ci ilin avqustunda Rusiya tərəfindən ərazisinin bir hissəsinin işğal olunmasına etiraz edərək 2009-cu ildən etibarən bu yarışda iştirak etmir.
- Qeyd 2. 2007 və 2008-ci illərdə Serbiya, 2009, 2010 və 2011-ci illərdə Finlandiya çempionu turnirdə iştirak edib.
Ölkələrə görə uğurlar
[redaktə | mənbəni redaktə et]Yer | Ölkə | Qalib | Finalçı | Qaliblər | Finalçılar |
---|---|---|---|---|---|
1 | Rusiya | 8 | 4 | Spartak Moskva (6), Lokomotiv Moskva (1), Rubin Kazan (1) | Spartak Moskva (3), Alaniya Vladiqafqaz (1) |
2 | Ukrayna | 4 | 1 | Dinamo Kiyev (4) | Dinamo Kiyev (1) |
3 | Azərbaycan | 3 | 1 | Neftçi Bakı (1), Xəzər-Lənkəran (1), İnter Bakı (1) | Neftçi Bakı (1) |
4 | Moldova | 2 | 1 | Şerif Tiraspol (2) | Zimbru Kişinyov (1) |
5 | Özbəkistan | 1 | 2 | Paxtakor Daşkənd (1) | Paxtakor Daşkənd (1), Neftçi Fərqanə (1) |
6 | Gürcüstan | 1 | 1 | Dinamo Tbilisi (1) | Dinamo Tbilisi (1) |
7 | Latviya | 0 | 4 | Skonto (3), Ventspils (1) | |
8-9 | Qazaxıstan | 0 | 2 | Aktobe (2) | |
Belarus | 0 | 2 | Belarus (1), Şaxtyor Soliqorsk (1) | ||
10 | Litva | 0 | 1 | Kaunas (1) |
Finallar
[redaktə | mənbəni redaktə et]Klublar
[redaktə | mənbəni redaktə et]İl | I yer | Hesab | II yer |
---|---|---|---|
1993 | Spartak Moskva | 8:0 | Belarus |
1994 | Spartak Moskva | 7:0 | Neftçi Fərqanə |
1995 | Spartak Moskva | 5:1 | Dinamo Tbilisi |
1996 | Dinamo Kiyev | 1:0 | Alaniya Vladiqafqaz |
1997 | Dinamo Kiyev | 3:2 | Spartak Moskva |
1998 | Dinamo Kiyev | 1:0 | Spartak Moskva |
1999 | Spartak Moskva | 2:1 | Dinamo Kiyev |
2000 | Spartak Moskva | 3:0 | Zimbru Kişinyov |
2001 | Spartak Moskva | 2:1 ə.v. | Skonto |
2002 | Dinamo Kiyev | 4:3 | Spartak Moskva |
2003 | Şerif Tiraspol | 2:1 | Skonto |
2004 | Dinamo Kiyev | 3:1 | Skonto |
2005 | Lokomotiv Moskva | 2:1 | Neftçi Bakı |
2006 | Neftçi Bakı | 4:2 | Kaunas |
2007 | Paxtakor Daşkənd | 0:0 p. 9:8 | Ventspils |
2008 | Xəzər-Lənkəran | 4:3 | Paxtakor Daşkənd |
2009 | Şerif Tiraspol | 1:1 p. 5:4 | Aktobe |
2010 | Rubin Kazan | 5:2 | Aktobe |
2011 | İnter Bakı | 0:0 p. 6:5 | Şaxtyor Soliqorsk |
Millilər
[redaktə | mənbəni redaktə et]İl | I yer | Hesab | II yer |
---|---|---|---|
2012 | Rusiya (U-21) | 2:0 | Belarus (U-21) |
2013 | Rusiya (U-21) | 4:2 | Ukrayna (U-21) |
2014 | Ukrayna (U-21) | 4:0 | Rusiya (U-21) |
2015 | CAR (U-20) | 2:1 | Finlandiya (U-21) |
2016 | Rusiya (U-21) | 4:2 | Moldova (U-21) |
Bombardirlər
[redaktə | mənbəni redaktə et]Yer | futbolçu | komandası | qol |
---|---|---|---|
1 | Vladimir Besçastnıx | Spartak Moskva | 20 |
2 | Yeqor Titov | Spartak Moskva | 18 |
3-4 | Valeri Keçinov | Paxtakor Daşkənd Spartak Moskva |
17 |
3-4 | Mixail Mixolap | Skonto | 17 |
5-6 | Mixail Kavelaşvili | Dinamo Tbilisi Spartak Vladiqafqaz |
14 |
5-6 | Luis Robson | Spartak Moskva | 14 |
7 | Andrey Tixonov | Spartak Moskva | 13 |
8-9 | Valentin Belkeviç | Dinamo Minsk Dinamo Kiyev |
12 |
8-9 | Andrey Şevçenko | Dinamo Kiyev | 12 |
10-12 | Qela İnalişvili | Dinamo Tbilisi | 11 |
10-12 | Anatoli Kanişev | Spartak Vladiqafqaz Spartak Moskva |
11 |
10-12 | Mixail Zemlinski | Skonto | 11 |
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ “Birlik Kuboku” Azərbaycanda keçirilə bilər Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine. qafqazinfo.az, 27.01.2017 (az.)
- ↑ "Мутко объявил о закрытии Кубка Содружества". 2016-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ↑ "Футбольный Кубок Содружества могут возродить в Азербайджане". 2017-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-09.
- ↑ ""Birlik Kuboku"nun adı dəyişdirildi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-09-10.
- ↑ "Birlik kuboku" üçün yeni sponsor[ölü keçid]. apasport.az (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- КУБОК ЧЕМПИОНОВ СОДРУЖЕСТВА (rus.)