Birinci Hindistan-Pakistan müharibəsi
Birinci Hindistan-Pakistan müharibəsi | |
---|---|
Tarix | 1947 |
Yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Hindistan-Pakistan müharibəsi — 21 oktyabr 1947 – 31 dekabr 1948 — Britaniya Hindistanı bölüşdürüldükdən sonra Hindistan və Pakistan arasında baş vermiş silahlı münaqişə.
Münaqişənin səbəbi Cammu və Kəşmir ştatının hansı dövlətə məxsus olması ilə bağlı yaranmış ziddiyyətlər idi. Ştatda müsəlmanlar üstünlük təşkil etsə də, (Britaniya Hindistanının bölünməsi şərtlərinə görə ştat Pakistana aid olmalı idi), lakin hakim dairələr və Kəşmirin maharacı hindlilərdən ibarət olduğuna görə onlar Kəşmirin Hindistana birləşdirilməsi haqqında qərar qəbul etdilər.
Müharibə ərəfəsində Hindistanda vəziyyət
[redaktə | vikimətni redaktə et]1815-ci ilədək müasir dövrdə Cammu və Kəşmir kimi tanınan ərazidə 22 kiçik knyazlıq (16 hind və 6 müsəlman knyazlığı) mövcud idi, onların bir hissəsi Əfqanıstan əmirinin nəzarəti altında idi. Hind knyazlıqları imperator Əkbərin dövründən Böyük Moğol imperiyasının vassalları olan racput knyazları tərəfindən idarə olunurdu. Böyük Moğol imperiyasının süqutundan sonra və qurkların dağlıq knyazlıqlara basqınından sonra onlar sinqlərin hökmdarı Rancit Sinqin hakimiyyəti altına düşdü[1].
Hindistanın bölüşdürülməsi
[redaktə | vikimətni redaktə et]Böyük Britaniyanın Hindistan knyazlıqları üzərində hökmranlığının başa çatması yerli əhalinin seçmək, knyazlıqların Hindistana və ya Pakistana birləşmək və ya öz müstəqilliyini elan etmək hüququnun tanınması ilə müşayət olunurdu[2]. Britaniya qoşunları Hindistanı hələ tamamilə tərk edənədək Cammu və Kəşmir knyazlığının hakimi Hindistanın və Pakistanın təkidi ilə yeni yaranmış bu iki dövlətdən birini seçməli idi.
Müharibənin mərhələləri
[redaktə | vikimətni redaktə et]Birinci mərhələ. Müdaxilənin başlanması
[redaktə | vikimətni redaktə et]Pakistan knyazlıqların şimal hissəsini Azad Cammu və Kəşmir adı ilə öz ərazisi elan etdi və buraya qoşunlarını yeritdi. Müzəffərabad və Domel adlanan sərhəd rayonlarında cəmlənən Pakistan qoşunları qıza müddətdə kəşmirlilərin tayfa könüllülərindən ibarət ordusunu darmadağın etdi (sərhəd rayonlarında yerləşən hind hərbi hissələrində müsəlman əsgərlərin bir hissəsi qiyam qaldırdılar və pakistanlılarla birləşdilər).
Müdaxilənin başlanğıcında məqsəd ilk növbədə, dövlətin yay iqamətgahı və əsas şəhəri hesab olunan Srinaqar şəhəri ilə birlikdə Kəşmir vadisi üzərində nəzarəti ələ keçirmək idi (Cammu şəhəri dövlətin qış iqamətgahı idi). lakin Srinaqara doğru hərəkət edən qoşunların əsas hissələri işğal olunmuş şəhərlərdə qalaraq talançılıqla məşğul olmağa başladılar[3][4].
İkinci mərhələ: Kəşmir vadisində hindlilərin hərbi əməliyyatları
[redaktə | vikimətni redaktə et]Hindistan fəal hərbi əməliyyata başlayaraq qoşun və texnikasını Srinaqar rayonuna yönəldərək şəhərin ətarfında dairəvi müdafiə təşkil etdilər və müsəlman könüllülərinin hərbi hissələrini məğlub etdilər. Darmadağın edilmiş tayfa qüvvələri Baramula və uri şəhərlərinə qaçdılar və tezlikə bu qüvvələr dağıldı, lakin vadinin Punç şəhərində Kəşmir qoşunları müsəlman qüvvələri tərəfindən mühasirəyə alındılar.
Gilgitdə yerli könüllülər Pakistanın Hindistana müdaxiləsini müdafiə edirdilər və Kəşmirin şimal hissəsinə nəzarəti ələ keçirdilər. Çitral şəhərinin könüllüləri də yerli hakim Mextarın başçılığı ilə Pakistana birləşdilər.
Üçüncü mərhələ. Punç şəhərini blokadaya almaq təşəbbüsü
[redaktə | vikimətni redaktə et]Hindistan silahlı qüvvələri Uri və Baramul şəhərini işğal etdikdən sonra tayfaların silahlı qüvvələrinin təqib edilməsini dayandırdılar və Punç şəhərini blokadaya alan Kəşmir qoşunlarını dəf etmək üçün hərbi dəstə göndərdilər. Dəstə Punç şəhərinə gəlib çatsa da, blokadanı aradan qaldırmaq mümkün olmadı. Hindistan ordusunun ikinci dəfə göndərdiyi qüvvələr Azad Kəşmirdə yerləşən Kotli şəhərini ələ keçirməyə müvəffəq olsalar da, onu əldə saxlamaq üçün kifayət qədər qüvvələri olmadığına görə tezliklə şəhəri tərk etməyə məcbur oldular. Elə bu dövrdə, 25 noyabr 1947-ci ildə müsəlman könüllüləri Mirpur şəhərini tutdular[5]. .
Dördüncü mərhələ: Canqerin süqutu və Naoşeruya və Uriyə hücum
[redaktə | vikimətni redaktə et]Tayfaların silahlı qüvvələri Cangerə hücum edərək onu ələ keçirdilər. Sonra onlar Naoşeru şəhərinə və Uriyə hücum etsələr də, bu hərbi əməliyyatlar uğursuz nəticələndi. Müharibənin bu mərhələsində regiona Hindistanın yeni silahlı qüvvələri gətirlməsinə baxmayaraq, cəbhə xəttində vəziyyət stabilləşmişdir.
Beşinci mərhələ:"Visay" əməliyyatı — Canqerə əks-hücum
[redaktə | vikimətni redaktə et]Hindistan ordusu Canger və Racauri şəhərlərini geri almaq üçün cənubdan əks-hücuma başladı. Kəşmir vadisində tayfaların silahlı qüvvələri Uri qarnizonuna hücumlarını davam etdirirdilər. Şimalda Gilgit könüllüləri Skardu şəhərini tutdular.
Altıncı mərhələ: 1 may-19 may 1948-ci il tarixlərdə Hidistan ordusunun yaz hücumu
[redaktə | vikimətni redaktə et]Canger şəhərində Hindistan ordusu nizami Pakistan ordusuna qeyri-rəsmi şəkildə birləşən müsəlman könüllülərinin ciddi müqaviməti ilə qarşılaşdı. Hindistan qoşunları Kəşmir vadisində yerlənən Titval şəhərini geri qaytardılar, lakin Himalay ətəklərində Hindistana məxsus Lex şəhərini mühasirəyə alan Gilgit könüllüləri uğurlu hücum əməliyyatları nəticəsində Kargil şəhərini tutaraq Hihdistan ordusunu Skardu şəhərindən geri çəkilməyə məcbur etdi.
Yeddinci mərhələ:"Qulab" əməliyyatı
[redaktə | vikimətni redaktə et]Hindistan ordusu Kəşmir vadisində Keran şəhərini və Qurez vadisini ələ keçirmək üçün şimal istiqamətində hücumu davam etdirdi. Onlar həmçinin Titvalda müsəlmanların əks-hücümunu dəf etdilər. Cammu rayonunda Punç şəhərində blokadada olan quvvələrin müvəqqəti olaraq xarici aləmlə əlaqələrinin bərpa olunması yenidən qızğın döyüşlərə səbəb oldu. Kəşmir ordusu Skardu şəhərini Gilgit könüllülərindən müdafiə etməyə müvəffəq oldu, lakin avqust ayında Mata-ul-Mulkun başçılıq etdiyi Çitral könüllüləri Skardu şəhərini mühasirəyə aldı və tezliklə artilleriyanın köməyi ilə şəhəri işğal etdi. Bu Gilgit qüvvələrinin Ladakx istiqamətində hücumuna əlverişli imkan yaratdı.
Səkkizinci mərhələ:"Bizon" əməliyyatı
[redaktə | vikimətni redaktə et]Punç şəhərinin müsəlmanlar tərəfindən blokadası davam etdirilirdi. Hindistan ordusunun 77-ci desant briqadasının Zoci-La keçidinin ələ keçirilməsi məqsədi daşıyan hərbi əməliyyatı uğursuz nəticələndi. Feldmarşal Kariappanın başçılıq etdiyi "Ördək əməliyyatı"inda bəzi dəyişikliklər edilərək "Bizon" əməliyyatı adlandırıldı. Nasaz vəziyyətdə olan M5 Stuart yüngül tankları Srinaqar vasitəsilə Zoci-La keçidinə cəmləndirildi. Hindistan ordusunun 1 noyabrda gözlənilməz hücumu nəticəsində müsəlman qüvvələri əvvəlcə Matayyanu, sonra isə Drasu şəhərlərindən geri çəkilməli oldular. Zoci-La keçidini ələ keçirən Hindistan ordusu 24 noyabrda Lex şəhərinə hücum edən Pakistan qüvvələri ilə Kargil yaxınlığında qarşılaşdılar, ağır döyüşlərdən sonra nəhayət, Skardu şəhərini müsəlmanların mühasirəsindən azad etmək mümkün oldu[6].
Doqquzuncu mərhələ:Punç şəhərinin blokadadan azad edilməsi
[redaktə | vikimətni redaktə et]Hindistan ordusu bu zaman hərbi əməliyyatların getdiyi bütün bölgələrdə aşkar üstünlüyə malik idi. Nəhayət, bir illik mühasirədən sonra Punç şəhəri azad edildi. Himalay dağətəyi ərazilərindəki Gilgit qüvvələri də darmadağın olundu.
Onuncu mərhələ: Atəşkəs elan edilməsi
[redaktə | vikimətni redaktə et]BMT-nin qətnaməsinə əsasən 1 yanvar 1949-cu il tarixdən atəşkəs qüvvəyə mindi. 27 iyulda Hindistan və Pakistan cəbhə xətti boyunca atəşin kəsilməsi haqqında müqavilə imzaladı. Kəşmirin 60 faizi Hindistanın, 40 faizi isə Pakistanın nəzarəti altına keçdi.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Гордиенко А. Н. Войны второй половины ХХ века. Мн., 1998. ISBN 985-437-507-2
- Ministry of Defence, Government of India. Operations in Jammu and Kashmir 1947–1948. (1987). Thomson Press (India) Limited, New Delhi. This is the Indian Official History.
- Lamb, Alastair. Kashmir: A Disputed Legacy, 1846–1990. (1991). Roxford Books. ISBN 0-907129-06-4.
- Praval, K. C. The Indian Army After Independence. (1993). Lancer International, ISBN 1-897829-45-0
- Sen, Maj Gen L. P. Slender Was The Thread: The Kashmir confrontation 1947–1948. (1969). Orient Longmans Ltd, New Delhi.
- Vas, Lt Gen. E. A. Without Baggage: A personal account of the Jammu and Kashmir Operations 1947–1949. (1987). Natraj Publishers Dehradun. ISBN 81-85019-09-6.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Hutchison, J.; Vogel, Jean Philippe. History of the Panjab Hill States. Superint., Gov. Print., Punjab. 1933. 6 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2011.
- ↑ Indian Independence Act 1947 (c.30) Arxivləşdirilib 2008-10-15 at the Wayback Machine (Revised Statute) from The UK Statute Law Database at opsi.gov.uk
- ↑ I Indo-Pakistani War, 1947–1949 By Tom Cooper Arxivləşdirilib 2006-06-13 at the Wayback Machine Air Combat Information Group 29 October 2003
- ↑ Ministry of Defence, Government of India. Operations in Jammu and Kashmir 1947–1948. (1987). Thomson Press (India) Limited, New Delhi. This is the Indian Official History.
- ↑ This All Began in 1947: The Jihadist Operations of Pakistani State Arxivləşdirilib 2015-07-07 at the Wayback Machine. Criticalppp.com (2012–08-14).
- ↑ Sinha, Lt. Gen. S.K. Operation Rescue:Military Operations in Jammu & Kashmir 1947–49. New Delhi: Vision Books. 1977. səh. 174. ISBN 81-7094-012-5. 21 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2010.