Bioko
Naviqasiyaya keç
Axtarışa keç
Bioko | |
---|---|
ing. Bioko | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 2,017 km² |
Uzunluğu | 70 km |
Eni | 32 km |
Sahil uzunluğu | 270 km |
Hündür nöqtəsi | 3,012 m |
Əhalisi | 334,463 nəfər (2015-ci il) |
Yerləşməsi | |
3°30′ şm. e. 8°42′ ş. u.HGYO | |
Ölkə | Qvineya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir.[1]
Sahəsi
[redaktə | mənbəni redaktə et]Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək.[1]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir.[1]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir. Ekvatorial Qvineyanın paytaxtı Malabo şəhəri Bioko adasındadır. 1472-ci ildə F. Ponun rəhbərlik etdiyi Portuqaliya ekspedisiyası kəşf etmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 70–71. ISBN 978-9952-441-03-1.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2013&rft.isbn=978-9952-441-03-1&rfr_id=info:sid/az.wikipedia.org:Bioko" class="Z3988">