Benjamin Konstan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Benjamin Konstan
Doğum tarixi 25 oktyabr 1767(1767-10-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 dekabr 1830(1830-12-08)[2][3] (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partnyoru
  • Anna De Stal[d]
Təhsili
Fəaliyyəti filosof, siyasətçi, yazıçı, gündəlik yazıçısı[d], alim
Fəaliyyət illəri 1779–1830
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Benjamin Anri Konstan de Rebek və ya sadəcə Benjamin Konstan (fransız: [kɔ̃stɑ̃]; fr. Henri-Benjamin Constant de Rebecque; 25 oktyabr 1767[1][2][…], Lozanna, Vo kantonu[3]8 dekabr 1830[2][3], Paris[3]) — Fransız liberalizminin ideoloqu, yazıçı və siyasi xadim.

İsveçrədə ortabab zadəgan ailəsində doğulmuş Konstan sonralar AlmaniyaFransada mükəmməl təhsil alır. 1799-cu ildə əqidəsi üzündən hersoq Braunşveyqin yanındakı işi ataraq inqilab cəbhəsinə qoşulur. 1799-cu ildə Napoleon onu öz yanında qulluğa dəvət edir. Lakin tezliklə Konstan diktatora qarşı müxalifətə keçir və 1803-cü ildə 11 il müddətinə Fransanı tərk etməli olur. O, mühacirətdə olarkən, Höte və Şillerlə yaxşı ünsiyyət yaradır, iki dövri nəşrə redaktorluq edir, fəal təbliğat işi aparır. Konstan vətənə yalnız 1814-cü ildə — monarxiya bərpa edildikdən sonra qayıdır. Lakin möhkəm əqidəli respublikaçı olan Konstan heç nəyi unutmaq və heç nəyi öyrənmək istəməyən monarxistlərlə ümumi dil tapa bilməyib onlardan üz döndərir. Konstanın cəmiyyətdəki nüfuzu o qədər böyük idi ki, Napoleon onunla köhnə ədavətinə baxmayaraq, hakimiyyətə yüzgünlük qayıdışı dövründə yeni Konstitusiyanı tərtib etməyi məhz ona tapşırır. Monarxiyanın ikinci bərpasından sonra Konstan yenə Fransanı tərk etməli olur. Lakin bu mühacirət uzun çəkmir, tezliklə o, vətənə qayıdır və öncül demokrat publisistlərdən biri olur. 1819-cu ildə o, Deputatlar Palatasına (qanunverici məclis) üzv seçilir və kral partiyasına qarşı müxalif fraksiyanın liderinə çevrilir. 1830-cu il inqilabından sonra Konstan Fransa Dövlət şurasının sədri seçilir, lakin elə həmin il də dünyasını dəyişir.

Konstanın fikrincə, qədim yunanlar və romalılar onun müasiri olan avropalılarla müqayisədə daha geniş siyasi hüquqlara yiyələnmişdilər. Lakin onların, demək olar ki, heç bir şəxsi azadlığı (özünüifadə, sərbəst hərəkət etmək, peşə fəaliyyəti azadlığı) yox idi. Konstan öz müasirlərini monarxiyaçıların can atdıqları kimi, şəxsi azadlıqları məhdudlaşdırmaq, sabitlik naminə bu azadlığı qurban vermək, yaxud Fransa inqilabı dövründə olduğu kimi, kollektiv mənafelər naminə bu azadlığı saya salmamaq kimi təhlükəli meyllərdən çəkindirmişdir. Konstan təkidlə söyləyirdi ki, siyasi azadlıqlar bizim şəxsi azadlığımızın təminatçısı olmalıdır. Şəxsi azadlığı olmayan insan bədbəxtdir, onun ləyaqəti alçaldılır, bundan əlavə, onun qabiliyyətlərinin inkişafı və deməli, onun həyat şəraitinin yaxşılaşdırılması qeyri-mümkündür.

  • Hikmət Hacızadə — "Demokratiya: Gediləsi uzun bir yol"
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Benjamin Constant // Sycomore (fr.). / Assemblée nationale
  3. 1 2 3 4 5 6 Archivio Storico Ricordi. 1808.
  4. Henry A. Le Père Lachaise historique, monumental et biographique (fr.). Paris: chez l'auteur, 1852. P. 73. 116 s.