41°16′41″ şm. e. 46°52′02″ ş. u.HGYO

Baydarlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baydarlı
41°16′41″ şm. e. 46°52′02″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 213 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 368 nəf.
Rəsmi dili
Xəritəni göstər/gizlə
Baydarlı xəritədə
Baydarlı
Baydarlı

BaydarlıAzərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.

Baydarlı oyk, sadə. Qax r-nunun Qıpçaq i.ə.v.-də kənd. Düzənlikdədir. Mənbələrin verdiyi məlumatlara görə, monqolların tərkibində baydarlı, Krım tatarlarının tərkibində isə baydar adlı tayfa olmuşdur. Tədqiqatçılar belə hesab edirlər ki, bu tayfa türkdilli olub, XIII əsrdən Azərbaycanda məskunlaşmışdır. Mənbələrdən birində Şəki vilayətində bir sıra kəndlərin gəlir vergilərinin Baydar bəyə bağışlanması haqqında, digər mənbədə isə 1273-cü ildə monqol sərkərdəsi Əmir Baydar haqqında məlumat verilir. Bu iki sənədə əsaslananlar toponimin şəxs adından törədiyini ehtimal edirlər. Lakin bütün hallarda Baydarlı etnotoponimdir.[1]

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 96 təsərrüfatda hər iki cinsdən toplam 412 nəfər əhali yaşayır.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Arxivləşdirilib 2012-12-27 at Archive.today