Bayandur bəy
Bayandur bəy — Bayandur tayfasından olan Ağqoyunlu sərkərdəsi və siyasi xadim.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Bayandur bəyin haqqında məlumat dövr mənbələrində ya azdır, ya da demək olarki yoxdur. Bayandur bəy 1469-cu ildəki Mahmudabad döyüşünün, 1471-ci ildəki Ağqoyunluların Gürcüstan yürüşünün və 1473-cü ildəki Otluqbeli döyüşünün fəal iştirakçılardan olmuşdur.[2]
Uzun Həsənin əmri ilə qiyam qaldırmış olan oğlu Bayandur bəyin əli ilə Ərzincanda öldürülmüşdür. Bayandur bəy Uğurlu Məhəmmədin ailəsini də əsir almaq istəsə də bunu bacara bilmədi. Belə ki, Ərzincanda bir şəxs onları qaçıraraq Osmanlı sarayına təhvil vermişdi
Uzun Həsənin 1478-ci ildə ölümündən sonra Yaqub bəyin başçılığı altında Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy və böyük din adamı Qazi İsa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı. İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər. Döyüşdə Sultan Xəlil qüvvələrinin üstünlüyünə baxmayaraq məğlub oldu [3]
Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1580-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda. Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi. Qoşunlar Ruha qalası ətrafında üz-üzə gəldilər. Yaşbəy məğlub oldu və öldürüldü.[3]
Sultan Yaqub bəy bu qələbənin şərəfinə İsfahan əyalətini Bayandur bəyə verdi. Lakin o, bundan daha böyük mükafat gözləyirdi və buna görə də 1482-ci ilin əvvəllərində qiyam qaldırdı. Sultan Yaqub onun üsyanını yatırtmaq üçün Sufi Xəlilin başçılığı ilə qoşun göndərdi. Savə yaxınlığındakı Zahir kəndində baş vermiş döyüşdə Bayandur bəy məğlub edildi və öldürüldü.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
- Nəcəfli T.H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. - 198 s.
- Həsən bəy Rumlu."Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M.Ə. Məhəmmədinindir. — Bakı: «Azərbaycan» nəşriyyatı. 1993 —48 s.
- J. E. Woods. 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. (tərc. Sibel Özbudun), Milliyet yay, İstanbul, 1993.