Batimetriya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Batimetriya — su hövzələrinin dib relyefinin tədqiq olunmasıdır. Dünya okeanı və qapalı su hövzələri, həmçinin çay və su anbarları üzrə dib relyefinin tədqiq olunması daim aktual olub. Batimetriya termini yunancadan "dərinlik" və "ölçü" sözlərinin birləşməsindən yaranıb (bathus və metron). Topoqrafiya xəritələrində relyefin təsviri üsulu olaraq izohipslər istifadə edilirsə (horizontallar), batimetriya xəritələrində bu anlayış izobat olaraq ifadə olunur.

Müasir dövrümüzdə Batimetriya tədqiqatları ilə paralel SONAR çəkilişləri də yerinə yetirilir.

Batial çöküntülər

[redaktə | mənbəni redaktə et]

Dənizokeanların batial zonasında (sahəsində) çökən vulkanik lillərdən, dərinlik qumlarından və çınqıl daşlarından ibarət, əsasən göy, yaşıl, qırmızı və boz rəngli çöküntülər. Batial çöküntülərin tərkibində terrigen materiallar üstünlük təşkil edir. Batial çöküntülər dünya okeanı dibi sahəsinin 15,4%-ni örtür, əsasən materik yamaclarında yayılmışdır. Batial çöküntüləri — əksərən materik yamac hüdudunda, qismən isə şelfin daha dərin hissələrində, 200 m-dən 2000 m-ə qədər dərinlikdə toplanan dəniz çöküntüləri.

Batimetrik xəritə

[redaktə | mənbəni redaktə et]

Batimetrik xəritə-izabatın köməyi ilə tərtib edilən sualtı relyefi əks etdirir. Sualtı relyefin rəngləri dərinlik pillələri üzrə verilir.

Batimetriya-(yun. bathus dərin metreo — ölçürəm) — xüsusi cihazlarla (lota, exolota və digər dərinlik ölçənlərlə) dənizokeanlann dərinliyinin ölçülməsi.

Batimetrik vilayət

[redaktə | mənbəni redaktə et]

Batimetrik vilayət okean və ya dənizlərin dib hissəsi və ona qovuşan su qatları. Ayrı-ayrı batimetrik vilayət adətən (bəzən şərti olaraq) aşağıdakı dərinliklərlə səciyyələnirlər: şelf 0–200 m (500–600 m-ə qədər), qitə yamacı (batial vilayət) 200–500m-dən 2000–3000 m və daha artıq, hemipelagik 2000 m-dən 4000–5000 m qədər, abissal 4000–5000 m-dən 6000 m qədər, ultraabissal 6000m-dən dərin. Batimetrik vilayət hər biri, dərinlik fərqlərilə yanaşı, həm də dibin morfologiyası, məskunlaşan orqanizmlərin, çökmə tiplərinin müxtəliflyi ilə fərqlənir.

Batitermoqraf (yun. bathos — dərinlik, therme — istilik və grapho — yazıram) — okeanın yuxarı qatlarında müxtəlif dərinliklərdə birbaşa suyun temperaturunu ölçmək üçün cihaz. Cihaz 200–400 m-ə qədər dərinliyə enə bilir.

Batometr- laboratoriya tədqiqat məqsədilə dəniz və s. su hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz. Dəniz batometr üzərində xüsusi termometr bərkidilən silindr formalı bürünc.[1]

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.