Barkod
Bu məqalədə və ya bölmədə Vikipediya meyarlarına uyğun olmadığı üçün təkmilləşdirilməsinə ehtiyac olan hissələr var. Lütfən bu məqaləni redaktə edərək təkmilləşdirilməsinə kömək edin. |
Barkod (ing. barcode) — marketlərdən aldığımız malın üstündəki etiketdə qalınlıqları fərqli şaquli cizgilər və bəzi rəqəmlər. Kassirlər bu malın etiketli tərəfini bir şüşənin üstündən keçirdir və ya etiketə bir işıq tutaraq qiymətlərini avtomatik olaraq hesablayıb kassaya yazırlar.
Barkodlar əvvəllər marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanmışdı. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu əlinizə götürün və etiketə baxaraq izah edəcəklərimizi dinləyin.
Gördüyünüz kimi bir barkodda iki qisim var. 1- Makinanın oxuduğu şaquli cizgilər qismi, 2- İnsanların oxuya bildiyi 12 ədəd rəqəm. İlk altı rəqəm əşyanın identifikasiya nömrəsidir, istehsalçılar illik bir ödəniş qarşılığında bu kodları verən beynəlxalq bir təşkilatdan öz məhsullarına ala bilər.
İkinci qrupdakı ilk beş rəqəm material nömrəsidir. Eyni kod birdən çox çeşiddəki mal üçün istifadə edilə bilməz. Yəni istehsalçının satdığı hər müxtəlif məhsulda, hər müxtəlif paketdə, hətta paketlərin yenidən paketlənmələrində hər zaman müxtəlif material nömrəsi verilir. Beləliklə, marketdə nə qədər mal satıldığı, anbarda nə qədər qaldığı həmişə nəzarət altında saxlanılır.
Məsələn, su konservi ilə su şüşəsinin kod nömrələri müxtəlifdir. Hətta qutuda 6, 12 və ya 24 ədəd olması belə fərqli kodların verilməsi ilə nəticələnir. Sağdakı ən axırıncı rəqəm isə nəzarət nömrəsidir. Bu nömrə bütün yoxlanan şaquli cizgilərlə yaddaşa yazılan məlumatın oxunmasını təmin edir.
Göründüyü kimi, barkodun üzərində malın qiyməti ilə əlaqəli hər hansı bir məlumat yoxdur. Kassir barkodu oxutduqda siqnal sistem daxilində mərkəzə göndərilir, buradakı kompüter barkod nömrələrinə görə daxil olunmuş və hər zaman dəyişdirilə bilən qiymət məlumatlarını dərhal kassaya göndərir. Bu mərkəz mağazadakı malların qiymətlərini hər zaman dəyişdirmə imkanını təmin etməkdədir.
Müxtəlif qalınlığı olan şaquli qalın və nazik cizgilər ilə aralarındakı boşluqlar, müxtəlif kombinasiyalarla düzülərək hər biri bir rəqəmi təmsil edir, yəni aşağısındakı rəqəmin kompüter tərəfindən oxunmasını təmin edir. Ən geniş yayılmış barkodlar 13-mərtəbəli Avropa kodu EAN-13 (European Article Numbering) və ABŞ ilə Kanadada tətbiq olunan UPC kodudur. EAN-13 kodunun strukturu belədir: 1. Ölkənin kodu 2. İstehsalçının kodu 3. Malın kodu 4. Nəzarət rəqəmi 5. Lisenziya əsasında hazırlanmış malın işarəsi Ölkə və istehsalçının kodlarındakı rəqəmlərin sayı dəyişə bilər. Bu sistemdə Azərbaycanın kodu 476-dır. Barkod optik skaner vasitəsilə oxuna bilər və bundan kitabxanalarda, mağazalarda və başqa müəssisələrdə informasiyanın tez və səhvsiz daxil edilməsi məqsədilə istifadə edilə bilər.
Yuxarıda göstərildiyi kimi barkodun ilk 3 rəqəmi ilə onun hansı ölkəyə aid olduğunu bilmək olar:
000…139 ABŞ və Kanada
300…379 Fransa
380 Bolqarıstan
383 Sloveniya
385 Xorvatiya
387 Bosniya və Herseqovina
400…440 Almaniya
450…499 Yaponiya
460…469 Rusiya
470 Qırğızıstan
471 Tayvan
474 Estoniya
475 Latviya
476 Azərbaycan
477 Litva
478 Özbəkistan
479 Şri lanka
480 Filippin
481 Belarus
482 Ukrayna
484 Moldova
485 Ermənistan
486 Gürcüstan
487 Qazaxıstan
500…509 İngiltərə
520 Yunanıstan
528 Livan
529 Kipr
539 İrlandiya
500…549 Belçika və Lüksemburq
560 Portuqaliya
569 İslandiya
570…579 Danimarka
590 Polşa
599 Macarıstan
600…601 CAR
609 Mavriki
611 Mərakeş
613 Əlcəzair
619 Tunis
640 ..649 Finlandiya
690…699 ÇXR
700..709 Norveç
729 İsrail
700…739 İsveç
740 Qvatemela
741 Salvador
742 Honduras
743 Nikaraqua
744 Kosta rika
745 Panama
746 Dominikan
750 Meksika
759 Venesuela
760…769 İsveçrə
770 Kolumbiya
773 Uruqvay
775 Peru
777 Boliviya
779Argentina
780 Çili
786 Ekvador
789 Braziliya
800…839 İtaliya
840…849 İspaniya
850 Kuba
858 Slovakiya
859 Çexiya
860 Yuqoslaviya
869 Türkiyə
870…879 Niderland
880 Cənubi Koreya
885 Tailand
888 Sinqapur
890 Hindistan
893 Vyetnam
900…919 Avstriya
920…929 Avstraliya
940…949 Yeni Zenlandiya
995 Malasiya
Mənbə
[redaktə | mənbəni redaktə et]- BARKOD NƏDİR? Arxivləşdirilib 2006-05-02 at the Wayback Machine
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.