Bareli
Şəhər | |
Bareli | |
---|---|
ing. Bareilly | |
28°21′50″ şm. e. 79°24′54″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Region | [[Uttar Pradeş]] |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1657 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 165 m |
Saat qurşağı | UTC 5:30 |
Əhalisi | |
Əhalisi | 979 933 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 91 581 |
Poçt indeksi | 243001 |
Digər | |
bareilly.nic.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Bareli[1], bəzən Bareyli (hind. बरेली, urdu بریلی, ing. Bareilly) — Hindistanın şimalında, Uttar-Pradeş ştatında şəhər. Əhalisi 979,9 min nəfərdir (2011). Ramqanqa çayı sahilindədir. Eyni adlı Bareli dairəsinin mərkəzidir. Nəqliyyat qovşağıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Şəhər 1537-ci ildə salınmışdır. 1707–20-ci illərdə Şimali Hindistanın Rohilkhanda (hərfi mənada “rohillər ölkəsi”) racalığının paytaxtı olmuşdur. 1740-cı illərdə əfqanlar tərəfindən işğal edilmişdir. İngiltərə-Marathi müharibələrinin gedişində Britaniyanın Hindistandakı müstəmləkələrinə birləşdirilmişdir (1801). Bareli sipahilər üsyanı (Hindistanda xalq üsyanı.1857–59-cu illər) zamanı üsyançıları dəstəkləmiş, lakin 1858-ci ilin may ayında inadlı müqavimətə baxmayaraq ingilislər tərəfindən zəbt olunmuşdur. Barelidəki çoxsaylı məscidlər şəhərin maraqlı memarlıq abidələrindəndir. Ahiçhatra, Buddanın ziyarət etdiyi qədim Şimali Pançal şəhərinin xarabalıqları ( IV– VII əsrlər) Bareli yaxınlığında yerləşir. Şiva məbədinin xarabalıqları, allahların həyatına dair təsvirləri olan terrakota heykəllər və terrakota lövhələr saxlanılmışdır. Ahiçhatra tapıntılarının bir hissəsi Dehli Milli Muzeyində qorunur.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Şəhər dəniz səviyyəsiondən 165 metr yüksəklikdə yerləşir[2]. Ramqanqa çayının sahilində yerləşən Barelini Lakhnau şəhərindən - 252 km, Dehlidən isə 250 km ayırır. Himalay dağları şəhərdən 40 km şimaldan başlayır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2011-ci ildə keçirilən siyahıya alınmaya görə şəhər əhalisi 979 933 nəfərdir[3]. Əhalinin savadlılığı: 84 % ( 2011), 2001-ci ildə bu göstərici81 % olmuş. Dini baxımdan hindustlar 52 % , müsəlmanlar — 34 %, sikhilər — 10 %, digər dinlərin nümayəndələri— 4 %. Əsas dil hind, ingilis, urdu və pəncab dilidir.
İllər üzrə şəhər əhalisinin artım dinamikası:
1991 | 2001 | 2013 |
---|---|---|
587 211 | 718 395 | 864 270 |
Mənbə:[4]
Təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Şəhərdə Rohilkxand Universiteti (1975-ciil dən), Bareli kolleci (1837-ci ildən) fəaliyyət göstərir; yeyinti (şəkər), toxuculuq sənayesi müəssisələri; sintetik kauçuk zavodu var. Dəmiryol avadanlıqları təmir və istehsal olunur. Mühüm kənd təsərrüfatı rayonu mərkəzidir.
Nəqliyyatı
[redaktə | mənbəni redaktə et]Bareli şəhərindən milli avtomobil yolu keçir ( 24 №-li Dehli-Bareli-Laknau və 74 №-li Dehradun - Bareli şossesi). Dəmiryol qovşağına malikdir. Əsasən ölkənin şimal rayonları ilə əlaqəlidir. 6 dəmiryol stansiyası var. Ən yaxın hava limanı Dehli və Laknaudur (250 km)
Mənbə
[redaktə | mənbəni redaktə et]Bareli // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 205–206. ISBN 978-9952-441-07-9.25 000 nüs.&rft.pub="Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi&rft.date=2011&rft.isbn=978-9952-441-07-9&rfr_id=info:sid/az.wikipedia.org:Bareli" class="Z3988">
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Географический энциклопедический словарь: географические названия. Под ред.Трёшников, Алексей Фёдорович. 2-е изд., доп. М. 1989. ISBN 5-85270-057-6
- ↑ "Bareilly, India Page" (ingilis). Fallingrain Global Gazetteer. 2013-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-4.
- ↑ "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF) (ingilis). Provisional Population Totals, Census of India 2011. 2013-04-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-09-03.
- ↑ "Bareli" (ingilis). World Gazetteer. 2013-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-4.