Balamir
Balamir | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 313 |
Vəfat tarixi | 378 |
Fəaliyyəti | qəbilə lideri[d] |
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi.
Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Balamir, cəsur, intizamlı və zəhmli bir hökmdardı. 10 tümən əsgəri vardı. (bugünkü 100 min əsgər bərabər). Hun sərkərdəsi Balamir idarəsindəki böyük təərrüz, öncə şərqi qotlarına çarpdı və bu dövləti yıxtı (374), Şərq və Qərb qotları ortadan qaldırdı. Hun torpaqlarını genişlətdi.
Qafqazın şimalında yaşayan alanları, Volqa-Don bölgəsindəki Sarmat və İskitləri buyruğu altına aldı. Daha sonra şərqi qot imperatorluğuyla savaşdı və onları yendi (373–374 arası). Hun torpaqlarını genişlətdi. Dayanacaq gücü qalmayan qot kralı Ermanarik, intihar etdi. Balamir, düşmana bu səfər çox yaxşı davrandı. Məmləkətlərində qalmalarına izin verdi. Özlərinə kral seçmələrini istədi. Yeni kral Vithimir, Şərq Qot İmperatorluğunu əski halına gətirmək üçün çalışdı. Qonşu tayfalara hücum etdi. Balamir, buna əngəl oldu. Vithimir öldürüldü. Xalqı isə Qərb qotlara sığındı. Fəqət bir gecə ay işığında çayı keçən Balamir, qotları yaxaladı və məğlubiyyətə uğratdı. Volqadan, Aşağı Dunaya uzanan bir Hun imperatorluğu qurdu.
Balamirdən sonra 378-ci ildə Alipbi, Hun imperatoru olmuşdur. 378-ci ildə hunlar, Dunay çayını keçmişlər və Trakyaya qədər irəliləmişdilər. Hunlar, Trakyaya qədər irəliləmələrinə baxmayaraq Roma imperatorluğundan bir dirəniş görməmişdilər. Hunların basqısı altındaki barbar tayfalar, Roma imperatorluğunu zorlamağa başlamışdılar. Roma imperatoru I Thəodosiusun 17 dekabr 395-ci il tarixində ölməsi üzərinə hunlar təkrar hərəkətə keçmişdilər.