Bakı Xəbər (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bakı Xəbər
Baş redaktor
Yaranma tarixi 4 sentyabr 2003
Ölkə
baki-xeber.com

Bakı-Xəbər — Gündəlik ictimai siyasi-qəzet.

"Bakı-Xəbər" 2003-cü il sentyabrın 4-dən Azərbaycanın paytaxtı Bakı şəhərində çap olunmağa başlamış gündəlik ictimai-siyasi, analitik qəzetdir. 2004–2005-ci illərdə öz dövriliyini artıraraq həftədə hətta yeddi dəfə çap olunsa da, hazırda həftədə beş dəfə fasiləsiz çap olunan az sayda Azərbaycan qəzetlərindən biridir. Qəzet 2003-cü ilin avqustunda və 2005 ci il mayın 15-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi, 2014-cü il mayın 6-da və 2016-cı il dekabrın 28-də isə redaksiyanın hüquqi ünvanının dəyişilməsi ilə əlaqədar Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən MMC kimi qeydiyyata alınıb. Azərbaycan dövlət büdcəsinə vergi ödəyicisidir.

"Bakı-Xəbər"in təsisçisi və baş redaktorun ictimai-siyasi xadim Aydın Alqulu oğlu Quliyevdir.

"Bakı-Xəbər" qəzeti 2003-cü ildə rəsmi şəkildə müstəqil qəzet kimi təsis olunsa da, formal olaraq müxalif partiya qəzeti kimi fəaliyyətə başlayıb. 2007-ci il sentyabrın 4-dən siyasi partiyalı kursdan siyasi təmayülsüz müstəqil qəzet mövqeyinə keçid edib.

Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Ünvanı və telefonu

[redaktə | mənbəni redaktə et]

Azərbaycan, Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı, VI mərtəbə

Tel.: 994-12-510-87-40; 994-12-510-87-39; 994-12-510-87-38.