Baharçılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Baharçılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Maqndəstə:
Dəstəüstü:
Dəstə:
Baharçılar
Beynəlxalq elmi adı

Baharçılar (lat. Plecoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu dəstənin nümayəndələri orta ölçülü olub, bədəni üst və alt hissədən yastılaşmışdır və uzunsovdur. Baş hissəsi sərbəstdir və proqnatik tipdədir. Ağız orqanları zəif inkişaf etmişdir.Başda bir cüt sapşəkilli və çoxbuğumlu bığcıq, bir cüt göz, 3 gözcük vardır. Döş buğumları yaxşı inkişaf etmişdir. Qanadları torşəkillidir. Ön danadlara nisbətən arxa qanadlar enlidir və yelpikşəkilli qatlanır. Çox da yaxşı uçmaq qabiliyyətinə malik deyillər. Bəzilərində isə cinsi dimorfizim müşahidə edilir. Dişilərə nisbətən erkəklər qısaqanadlı olur. Az bir qisim növləri isə tamamilə qanadsız olur. Ayaqları nazik və yüyürücü tipdədir. Pəncələri 3 buğumludur. Qarın hissəsinin buğumları, demək olar ki, eynidir və axırında serqi vardır. Yetkin dişi fərd suya yumurta tökdükdən sonra yumurtadan sürfələr çıxır. Onlar bədən formasına görə yetkin fərdə oxşayır, ancaq qanadları olmur. Qanadlar sürfə mərhələsinin inkişafının axırında əmələ gəlir. Yetkin mərhələdən fərqli olaraq, sürfədə diş-diş olan güclü çənələr vardır. Sürfələr əsasən yırtıcı həyat tərzi keçirir, suda yaşayan bir çox sürfələrlə və s. onurğasız heyvanlarla qidalanırlar. Sürfənin inkişafı 1-3 il davam edir və bu müddətdə 20-30 dəfə qabıq dəyişirlər. Əksəriyyəti traxeya qəlsəmələri ilə, bir qismi də bədən səthi ilə tənəffüs edir. Balıqların qidasını təşkil edirlər.

Azərbaycanda 32 növ baharçı yayılmışdır. Bunların əksəriyyəti sürfə formasında tədqiq edilir.

Naxçıvan MR faunasında 10 baharçı növü aşkar edilmişdir.

  • Euholognatha
    • Capniidae
    • Leuctridae
    • Nemouridae
    • Taeniopterygidae
  • Systellognatha
    • Chloroperlidae
    • Peltoperlidae
    • Perlidae
    • Perlodidae
    • Pteronarcyidae