39°44′ şm. e. 46°29′ ş. u.HGYO

Babadin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Babadin
39°44′ şm. e. 46°29′ ş. u.HGYO
Ölkə
Region Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Babadin xəritədə
Babadin
Babadin
Babadin xəritədə
Babadin
Babadin

BabadinAzərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Kənd ərazisi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Dağətəyi ərazidədir. Baba və din (xalq terminologiyasında "hündür yer, təpə"; "düşərgə, dincəlmək üçün yer") sözlərindən düzəlib. "Hündür təpə" mənasını ifadə edir. Oykonim ərazidəki dağların birinin adından törəmişdir[1].

Kəndin yaşlı sakinlərinin söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Babadin (Babadinli) tayfa adıdır. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır. Qasımuşağı tayfasının Kavanlı tirəsi qədim Babadin tayfa adını yaşatmaq, əbədiləşdirmək məqsədilə Hacısamlı nahiyyəsinin ərazisində əsası qoyulmuş Babadin kəndinin adında yaşatmağa çalışmışlar[2].

Əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur.

  1. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 96.
  2. Laçın yurdu — № 3(10), 2013-cü il, səh.35