Baş Qərvənd
Baş Qərvənd | |
---|---|
40°08′32″ şm. e. 47°00′53″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 219 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0214[1] |
Baş Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[2]
Toponimika
[redaktə | mənbəni redaktə et]Kəkilbəy qərvəndlərin bu kənddə məskunlaşmış hissəsinin başçısının adıdır. Yaşayış məntəqəsi vaxtilə Qışlaq adlı yerdə salınmışdır. Burada baş komponenti "böyük" mənasını ifadə edir. Qərvənd etnotoponimdir. Kəbirli tayfasının bir qolunun adıdır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənddə İlanlıtəpə adlanan eneolit dövrünə aid qədim yaşayış məskəninin izləri tapılıb[4].
Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəri olan "Xortdanın cəhənnəm məktubları" povestində Kəkilbəylilərlə bağlı hissədə bu kənd barədə məlumat verilib.
Kənd Kəkilbəylilər (Ruisyada: Kəkilbəyov) sulalərisinin mülki olub. Sonuncu hakimi Bərham bəy Kəkilbəyli olub.
1994-cü il İşğal tarixinə qədər kənddə yerləşən bina Bəylik binası idi. 2020-ci ildə kənd işğaldan azad olunandan sonra həmin binanın qalıqları Müdafiə Nazirliyinin saytında nümayiş etdirilib (1:50 dəqiqə)[5].
Kənd Kəkilbəyli, İbadullu, Yeni Qərvənd nahiyələrindən ibarət idi.
1994-cü il işğal tarixinə qədər Azərbaycan Dəmil Yollarının "Çinar" stansiyası Baş qərvənd yaxınlığında yerləşir, dəmoiryolları isə kəndin içindən keçirdi.
1994-cü ilin aprel ayının 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
2020-ci il 20 noyabr tarixində Baş qərvənd kəndi işğaldan azad olunmuşdur[6].
2023-cü ildə inşa edilmiş Yeni Ağdam Yolu Baş Qərvənddən keçir.
27.12.2023-cü il tarixində verilən məlumata görə Ağdamın Baş Qərvənd kəndində birinci mərhələdə 851 ev tikiləcək[7].
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Baş Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sağ sahilində, Qarabağ düzündədir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Sovetlər dönəmində Ağdam rayonu ərazisində ən böyük Kolxoz olan "Lenin" adına kolxoz Baş Qərvənddə yerləşib[8].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- ↑ İlanlıtəpə yaşayış yeri
- ↑ "Baş qərvənd, 20.11.2020". 2024-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
- ↑ "Həyatımızı alt-üst edən 30 il: Baş Qərvənd kəndinin işğal günü". worldinfo.az (az.). 1970-01-01. İstifadə tarixi: 2024-11-07.
- ↑ "Ağdamın Baş Qərvənd kəndində birinci mərhələdə 851 ev tikiləcək". 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
- ↑ modern.az. "İki yerə bölünmüş Qərvənd…". modern.az (az.). 2024-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-07.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |