Bərzəx aləmi
Naviqasiyaya keç
Axtarışa keç
Bərzəx aləmi (ərəb. برزخ,) - İslam inancına görə insanların öldükdən sonra qaldığı müvəqqəti yer. İslama görə insanlar öldükdən sonra bir başa cənnət və ya cəhənnəmə yox, Bərzəx aləminə gedirlər. Qiyamət günündən sonra insanların əməllərinə görə hara getdiyi müəyyənləşir. Bərzəx sözünün əsl mənası iki şey arasında yerləşən deməkdir. Elə ona görə də o aləm ki, dünya və axirət aləmi arasında yerləşir - Bərzəx adlanır. Bəzən bu aləmi qəbir aləmi, bəzən də ruh aləmi kimi adlandırırlar. Qurani-Kərim kitabının 23-cü surəsi olan Muminun surəsisinin 100-cü ayəsində mövzu ilə bağlı deyilir;
Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır. |