Bərbərlər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mərakeş bərbəri

Bərbərlər ( yun. βάρβαροι, lat. barbari; öz adları amaziq, amaxaq - "azad kişi") — Afrikanın şimalında Misirdən Atlantik okeanına qədər ərazidə VII əsrdə islam dinini qəbul etmiş yerli xalqların ümumi adı. Bərbərlər Şimali Afrikanın ən qədim sakinlərindəndirlər. Dini inanca görə sünnidirlər.

Avropalılar onlara "bərbər" adını ehtimal ki, yun."barbaros" sözündən yaranmışdır.

Müsəlmanların fəthindən bəri Məğrib sakinləri ərəb mədəniyyətindən əhəmiyyətli dərəcədə təsirlənmişlər. Onların əksəriyyəti ərəb dilində, bəziləri isə müstəmləkə dövründə (XIX—XX əsrlər) Şimali Afrikaya yayılan fransız və ispan dillərində danışırlar. Fransada əhəmiyyətli bir Bərbər diasporası var və bir sıra məşhur şəxsiyyətlər oradan çıxmışdır.

Bərbərlərin Bərbər adlı xüsusi dili də var. Bu dilin əlifbası ivrit dilinə çox bənzəyir.

İbn Xəldunun iki böyük xalqa (Əl-Berani və Əl-Butr) böldüyü bərbərlər xarici işğal təhlükələrinə qarşı həmişə birlik içində hərəkət edirdilər. Əvvəlcə Numidiyanın (Əlcəzairin şərqində qədim dövlət), sonra Mavritaniyanın kralı olan Masinissanın əldə etdiyi Bərbər icmalarının birliyi qısamüddətli oldu.

Romalılar bu dövlətləri əyalətlərə və ya protektoratlara çevirdilər, lakin onlar nə Sahara və Mavritaniya sahillərindəki yüksək düzənliklərin əhalisini, nə də dağ əhalisini özlərinə tabe edə bildilər. Roma imperatorluğunun təzyiqi azaldıqca Bərbər üsyanları tez-tez baş verməyə başladı: Tacfarinas (17-24), Firmus və Gildon üsyanları, müxtəlif qəbilələrin və bərbər əkinçilərinin üsyanları.

Bunun meydana gəlməsinə IV əsrdə sərt dini mübahisələr və donatizm də öz təsirini göstərmişdi. Bu iğtişaşlar da vandalların ölkəni işğal etməsini asanlaşdırırdı, lakin vandallar bütün ölkəni ələ keçirə bilmədilər. Avrasiyaya, Mavritaniyaya və Tripolitaniyaya girmədilər. Şərq imperiyasına qarşı müqavimət (533-642) gücləndi. Bizans yalnız Tunis (qədim Afrika əyaləti) və bir neçə şəhərdə mövqelərini möhkəmləndirə bildi.

Ərəblər bərbərlərlə VII əsrin ortalarında əlaqələr qurmağa başladılar. 687-ci ildə Bərbər krallığı yaradılsa da, ərəblərin yeni hücumları qarşısında 690-cı ildə dağıldı.

Bərbərlər kütləvi şəkildə İslamı qəbul edərək ərəb ordularına qoşuldular. Çox keçmədən onların əksəriyyəti sünniliyi tərk edərək öz liberal ənənələrinə daha yaxın olan Xaricilər məzhəbini qəbul etdilər.

Şimali Afrika bölgəsində bərbərlərlə ərəblər arasında davam edən fikir ayrılığı bugünə kimi mövcuddur. XX əsrin ikinci yarısında müstəmləkə mövqelərinə qarşı üsyana başlayan Afrika xalqlarının mübarizəsi Şimali Afrikada da müşahidə olunurdu. Müstəqillik əldə edən ölkələrdə müstəmləkəçilərin istifadə etdikləri fransız, ispan və italyan dilləri əvəzinə ərəb dili üstünlük təşkil edirdi.

Bərbərlər ərəb dilini öyrənməli və məktəblərdə öz ana dillərində danışmalı idilər. İlk olaraq, Mərakeş və Əlcəzairdə Bərbərlər konstitusiya olaraq tanındı. Hazırda Bərbər dili Əlcəzairdə istifadə olunan dillərdən biridir və bərbərlərin sıx olduğu yerlərdə dil kimi tədris olunur.

Mərakeşdə 2011-ci il konstitusiya islahatından sonra Bərbər dili rəsmi dil elan edildi. Hazırda ölkənin aparıcı şəxsləri arasında bərbərlər də var.

Bunun ən yaxşı nümunələri Əlcəzairin baş naziri olmuş Liamine Zéroual və Mərakeşin baş naziri olmuş Driss Jettoudur. Liviyada bərbərlər Liviya vətəndaş müharibəsi zamanı Muəmmər Qəddafi rejiminin devrilməsində fəal rol oynayıblar.

  • Антология берберской литературы (кабилы). Т.I — II в IV частях / Сост. и отв. ред. С. В. Прожогина. М.: Институт востоковедения РАН, 2001.- 871 с.
  • Brett, Michael; Fentress, Elizabeth (1997) [ISBN 0-631-16852-4], The Berbers (The Peoples of Africa), ISBN 0-631-20767-8 (Pbk)
  • Azərbaycan Sovet Ensiklopediyası, II cild. Baş redaktor C.B. Quliyev. Bakı, "Qızıl Şərq", 1978. - 592 s.