Bəndovan palçıq vulkanı
Bəndovan palçıq vulkanı | |
---|---|
Ümumi məlumatlar | |
Növü | Palçıq vulkanı |
Kraterin diametri | 2000 m |
Tərkibi | Palçıq |
Mütləq hündürlüyü | 47 m |
Yerləşməsi | |
39°42′12″ şm. e. 49°24′41″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
Bəndovan palçıq vulkanı — Vulkan Bakıdan 80 km cənub-qərbdə, Xəzər dənizi sahilində yerləşir.[1]
Haqqında
[redaktə | vikimətni redaktə et]Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 km cənub-qərbdə, Xəzər dənizinin sahilində yerləşir. Oturacağının diametri 1.4 km olub, morfoloji təcrid olunmuş yüksəklikdir. Yamacları, xüsusilə, şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanmışdır. Mütləq hündürlüyü 67 m, nisbi hündürlüyü isə 87 m-dir, zirvəsi yaylavarı səthi təmsil edir. Brekçiyanın sahəsi 119 ha, qalınlığı -35 m, həcmi -42 mln.m³-dur.Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir və burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda sopkalar, qrifonlar və salzalar qrupu vardır. Bəzi sopkaların hündürlüyü 3–4 m-ə çatır, salzların diametri isə 1–2 m-dir. Kürovdağ-Babazənan-Neftçala antiklinal zonasının vulkanları vulkan(Pirqarı, Yandərə, Göytəpə, Durovdağ, Duzdağ) və təzahürlərlə (Babazənan, Tatarməhlə, Kiçik Pilpilə, Neftçala Pilpiləsi, Yeniqışlaq) təmsil edir.[2]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Dünya palçıq vulkanlarının atlası (2015)". 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: səh:91.
- ↑ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "Palçıq vulkanları qrupu DTQ". 2023-12-04 tarixində arxivləşdirilib.