40°49′23″ şm. e. 47°50′47″ ş. u.HGYO

Bılıx

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bılıx
40°49′23″ şm. e. 47°50′47″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 401 m
Saat qurşağı
Əhalisi
Əhalisi 913 nəfər
Xəritəni göstər/gizlə
Bılıx xəritədə
Bılıx
Bılıx

BılıxAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Vaxtilə Bılıx dağının ətəyində bu adda kənd mövcud olub, indi hətta onun xarabalıqları da mövcuddur. Hazırkı Bılıx kəndi isə köhnə Bılıx bağlarının yerində salınıb. Bu barədə toponimiklər belə deyir. El dilində desək bılıxlılar Qaraçayın boğazında oturublar. Bir tərəfindən də Göyçayın axması kəndin görkəminə xüsusi gözəllik verir. Təmiz dağ havası, dağ çaylarının şırıltısı gecələr qoynunda uyuyanları suların səsinə doğmalaşdırıb. Bılıx sözünün mənası “gəlib-getmişlər” deməkdir.[1]

İndi ləzgilərin üstünlük təşkil etdiyi kənd camaatının yarısı oturaq, yarısı köçəridir. Qoyun sürüləri bol olduğundan əhalinin maddi vəziyyəti də yüksək səviyyədədir. 900 nəfər əhalinin əksəriyyəti əsasən qoyunçuluqla məşğuldur. Sakinlər üçün elektron ATS quraşdırılıb...[1]

Adı yaşayan, özü isə xəritədən silinən yerlərimizdən bəziləri hələ də xalqın dilindədir. Balıq yeri toponimi qədim türk dillərindəki baliq-“şəhər”, “qala divarları” ilə əhatə olunmuş şəhər sözündəndir. Toponimika elmində qeydə alınan bu söz bu rayonun ərazisinə aiddir... Söz düşmüşkən Bazar şəhərinin də adı tarixdə rast gəlinən yurd yerlərimizdəndir.[1]

Bılıx oyk., sadə. Qəbələ r-nunun Məlikli i.ə.v.-də kənd. Qaraçayın (Göyçayın qolu) sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Oykonim təhrif olunmuş toponimlərdən sayılır. Belə güman edilir ki, bu ad qədim türk dillərindəki balik (şəhər, divarla əhatə olumnuş qala) sözündəndir. Bu mülahizənin müəllifləri kəndin ərazisindəki qədim tikili xarabalıqlarına əsaslanırlar. Azərb. danışıq dilində bılıx "bala, balaca, yeni doğulmuş" mənalarında da işlənir.[2]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427