Bıçaq Mekki haqqında ballada

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Bıçaq Mekki haqqında ballada"
tərəfindən ifa olunmuş mahnı
Yayımlanıb 31 avqust 1928
Janr ballada
Dil almanca
Bəstəkar Kurt Yulian Vayl
Sözlərin müəllifi Bertolt Brext

Bıçaq Mekki haqqında ballada (alm. Die Moritat von Mackie Messer‎, ing. Mack the Knife) — sözləri Bertolt Brextə, bəstəsi isə Kurt Yulian Vayla məxsus populyar ballada. Ballada əsasən Bertolt BrextinÜç qəpiklik opera” pyesi üçün nəzərdə tutulmuşdur. 31 avqust 1928 ci ildə pyesin ilk tamaşasından sonra ballada məşhurlaşmış və günümüzə qədər bir çox ifaçıların repertuarlarında yer tutur.

Bıçaq Mekki haqqında ballada ilk dəfə “Üç qəpiklik opera” tamaşasında ifa edilmişdir. Moritat — bu orta əsrlərə aid bir ballada növü olub, ozanlar tərəfindən oxunardı. Mori “öldürücü, ölümcül”, Tat isə “fəaliyyət, əməl” deməkdir. “Üç qəpiklik opera” tamaşasının əvvəlində küçə xanəndəsinin dili ilə baş qəhrəman — Bıçaq Mekki tamaşaçılara təqdim edilir. Bu personaj Con Qeyin “Dilənçi opera”sındakı quldur Makxita obrazının yenidən işlənmiş versiyasıdır. Pyesin qayəsi cəmiyyətin aşağı təbəqəsindən olan cinayətkar vasitəsilə hökuməti və kübar cəmiyyətini ələ salmaqdır.

almanca
(orijinal)
ingiliscə
(tərcümə)
azərbaycanca
(tərcümə)
Und der Haifisch, der hat Zähne
Und die trägt er im Gesicht
Und Macheath, der hat ein Messer
Doch das Messer sieht man nicht.
An ’nem schönen blauen Sonntag
Liegt ein toter Mann am Strand
Und ein Mensch geht um die Ecke
Den man Mackie Messer nennt.
Denn die einen sind im Dunkeln
Und die andern sind im Licht
Und man siehet die im Lichte
Die im Dunkeln sieht man nicht
And the shark, it has teeth,
And it wears them in the face.
And Macheath, he has a knife,
But the knife can't be seen.
On the sidewalk, one Sunday morning
Lies a body, oozin' life
Someone's sneaking 'round the corner
Could that someone be Mack the knife
There are some who are in darkness
And the others are in light
And you see the ones in brightness
Those in darkness drop from sight
Köpəkbalığının dişləri
Açıq-aşkardır ağzında
Makxitanın bıçağı var
Amma bıçaq görünməzdir
Gözəl, mavi bazar günü
Strenddə sərilmiş bir cəsəd
Elə bu dəm küncdən çıxır
Bıçaq Mekki adlı bir kəs.
Çünki kimi zülmətdədir
Və kimisə işıqlıqda
Və işıqlıqda görünür
Zülmətdəsə görünmür.

Populyarlığı

[redaktə | mənbəni redaktə et]
  • ing. Mack the Knife Lui Armstronqun ifasında 1954 cü ildə ABŞ-də xit-parada daxil olur və #20 mövqeyini tutur.
  • 2001 ci ildə ing. Mack the Knife mahnısını Robbi Vilyams özünün ing. Swing When You're Winning albomuna salır.