Bülbülolan
Bülbülolan | |
---|---|
Bülbülolan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd olmuşdur.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Orta kənddən 3–4 km qərbdə, Həsənkəndlə Qoytul kəndləri arasında Təkədonduran dağının yaxınlığında yerləşirdi. Kəndin digər adı Bülbüloğlu və Kaha olmuşdur. Kənddə 1831-ci ildə 67 nəfər, 1873-cü ildə 163 nəfər, 1886-cı ildə 205 nəfər, 1897-ci ildə 252 nəfər, 1904-cü ildə 398 nəfər, 1914-cü ildə 437 nəfər, 1916-cı ildə 223 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd əhalisindən sağ qalanlar atababa yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 53 nəfər azərbaycanlı yaşamışdır. Onlar yenidən 1923–1925-ci illərdə qovularaq kənd ləğv edilmişdir. İndi xaraba kənddir. Toponim şəxs adı (Bülbül olan// Bülbüloğlu) əsasında yaranmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İbrahim Bayramov. Qərbi Azərbaycanın Türk Mənşəli Toponimləri. Bakı-"Elm"-2002