35°19′48″ şm. e. 139°08′06″ ş. u.HGYO

Böyük Kanto zəlzələsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Böyük Kanto zəlzələsi
Tarix
Hiposentrin dərinliyi 23 km
Episentrin yeri
  • 35°19′48″ şm. e. 139°08′06″ ş. u.HGYO
Ölənlər
  • 105.385
Xəritədə yeri
Böyük Kanto zəlzələsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Böyük Kanto zəlzələsi yaxud Yaponiya zəlzələsi1 sentyabr 1923-cü il gündüz saat 12.00-da Yaponiya tarixində baş verən dəhşətli zəlzələ[1].

1923-cü il 1 sentyabrda baş vermiş Böyük Kanto zəlzələsi TokionuYokoxamanı yerlə-yeksan etmiş, təxminən 150000 adam tələf olmuşdur.

1923-cü ilin 1 sentyabrında Yaponiyada 8,3 bal gücündə dəhşətli zəlzələ baş verdi. Bu zəlzələ hadisədən ən çox zərər çəkmiş vilayətin adı ilə "Kanto zəlzələsi" adlanır. Bununla yanaşı, TokioYokohama şəhərlərinə də ciddi ziyan vurduğuna görə, bu zəlzələ tarixdə həm də "Tokio zəlzələsi" kimi də tanınır. Kanto zəlzələsinin episentri Tokiodan 90 km cənub-qərbdə, Osima adası yaxınlığındakı Saqami körfəzində qeydə alınıb. İki sutka ərzində 356 yeraltı təkan müşahidə olunub[2].

Zəlzələ Tokio, Yokohama, Yokosuka və bir neçə kiçik şəhəri yerlə-yeksan etdi. Nəticədə, təxminən, 174 min insan həlak oldu, 542 min nəfər itkin düşdü və bir milyondan artıq insan evsiz qaldı. Zərərçəkmişlərin ümumi sayı isə 4 milyon nəfər hesab olunur. Zəlzələ ardınca okeanda yaranan nəhəng dalğalar sahilboyunda yerləşən bir çox yaşayış məskənlərini məhv etdi[2].

  1. Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.17-18
  2. 1 2 "Yaponiya tarixində dəhşətli zəlzələ - 1 sentyabr 1923-cü il. — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi informasiya portalı". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-24.