Böyük Bazar məscidi
Böyük Bazar məscidi | |
---|---|
38°44′57″ şm. e. 48°51′04″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Lənkəran |
Yerləşir | Böyük bazar məhəlləsi |
Tikilmə tarixi | 1864 |
Vəziyyəti | stabil |
İstinad nöm. | 4805 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Bazar məscidi — Azərbaycanın Lənkəran şəhərində yerləşən məscid və tarix-memarlıq abidəsi. Məscid 1864-cü ildə Böyük bazar məhəlləsində tikilib.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında
[redaktə | vikimətni redaktə et]Böyük Bazar məscidi 1864-cü ildə Lənkəran şəhərində Böyük bazar məhəlləsində tikilib.[1][2] Məscid Kərbəlayi Qulu, Kərbəlayi Ağaqulu, Hacı Mirağa və Böyük bazar məhəlləsində yaşayan camaatın topladığı vəsait hesabına tikilib.[3] Adını isə yerləşdiyi məhəllədən alıb. Memarı Usta Hadı olub.[4]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[5] Böyük Bazar məscidi də bağlanıb, binadan anbar, kitabxana və şəkil qalereyası kimi istifadə olunub.[2] 1929-cu ilədək məscidin həyətində Kərbəlayi Hüseynin, general Hacı Mirabbas xan Talışinskinin, Kərimovların, Hacı Manafin, Hacı Ələsgərin və Hacı Hacıağa Əkbərovun adına olmaqla ümumi 6 təkyəsi olub.[6][7] 1930-cu illərdə Hacıağa Əkbərovun təkyəsi xaric digər təkyələr, 1938-ci ildə isə məscidin azan vermək üçün olan güldəstəsi dağıdılıb.[7] Məscidin binasında 1938-ci ildən 1980-ci ilə qədər çörək zavodu, 1980-ci ildən 1990-cı ilə qədər isə şəkil qalereyası yerləşib.[7][8]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9] 1995-ci ildə yerli əhalinin təşəbbüsü ilə məscidin yanında 36 m hündürlüyündə minarə tikilib.[7] Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.[10]
Memarlığı
[redaktə | vikimətni redaktə et]Məscidin uzunluğu 31,5 metr, eni 12,7 isə metrdir.[7] İnşasında meşə məmulatlarından və bişmiş kərpicdən istifadə olunub. Üstü isə kirəmitlə örtülüb. Sahəsi 500 kv. metr, tutumu 550 nəfərdir.[11] Tavanı düzbucaqlı formadadır və 6 sütun üzərində dayanır.[12] Məscid əsas və yardımçı binalardan ibarətdir.[13]
Şəkilləri
[redaktə | vikimətni redaktə et]-
Məscidin fasadının detalları
-
Hacı Hacıağa Əkbərovun təkkəsi
-
Hacı Hacıağa Əkbərovun təkkəsi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Həsənoğlu, Həşim. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları (PDF) (az.). Bakı: Nasir. 2015. 196.
- ↑ 1 2 Azərbaycanın seçilmiş İslam abidələri (PDF) (az.). Bakı: Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi. 2015. 102. 2024-09-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-01.
- ↑ Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 97. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
- ↑ ""Məscid (Böyük bazar)"". irs.gov.az. 2023-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- ↑ Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Mistanlı, Aqşin. Cənub bölgəsinin abidələr ensiklopediyasi (az.). Bakı: Adiloğlu. 2020. 108. ISBN 978-9952-37-379-0.
- ↑ 1 2 3 4 5 Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran Ensiklopedik Məlumat (PDF) (az.). Baku: 3 saylı Bakı Mətbəəsi. 2017. 98. 2019-04-06 tarixində arxivləşdirilib (PDF).
- ↑ "150-dən çox yaşı olan Lənkəranın Böyük bazar məscidi". cenublu.az. 2022-05-11. 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ "Məscidlər və dini icmalar". irs.gov.az. 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- ↑ Abdullayeva, S. "Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri". 525.az. 2013-10-01. 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- ↑ Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (PDF) (az.). Bakı: Beynəlxalq Əlhuda. 2001. səh. 174. ISBN 964-8121-59-1. 2021-07-23 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Lənkəran şəhəri Böyük Bazar məscidi". sirat.az. 2022-02-21. 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.