Azərbaycan dilləri
Azərbaycan dilləri dörd dil ailəsinəndə təzahür edir:Hind-Avropa, Altay, Kartveli, Naxç-Dağıstan. Azərbaycanda ən yayqın dil Azərbaycan dilidir. 2009-cu il məlumatına görə ümumi əhalinin 98,6 % bu dildə sərbəst danışa bilir[1]. Xarici dillərdən isə Rus dili və İngilis dili ən geniş anlaşılanıdır. Üstəlik burada az saylı talış, avar, ləzgi, saxur, tat, kürd, gürcü, udin xalqlarının nümayəndələri müvafiq dillərdə danışırlar. Dağ yəhudiləri Dağ yəhudiləri dilindən istifadə etsələrdə son zamanlar miqrasiya və modernizasiya ilə əlaqəli olaraq unudulur.
Dillər
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasının Konstitusiyasına görə rəsmi dil Azərbaycan dilidir. Konstitutsiyasıyaya görə dövlət rəsmi dilə yanaşı digər dillərin inkişafını təmin edir[2].
Rəsmi dil
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikasında rəsmi dil Azərbaycan dilidir. Ölkədə tədris, siyasət, elmi, mədəni və digər sahələrdə əlaqə bu dillə təmin edilir. Dil haqqında qanuna görə Azərbaycan dili dövlət tərəfindən qorunur və inkişaf etdirilir[3].
Rus dili
[redaktə | mənbəni redaktə et]Rus dili Azərbaycanda yayqın dildir. Bununla belə əsasən rus milli azlığı tərəfindən məişətdə istifadə edilir. Son on illiklər ərzində isə ingilis dili bu dili xarici dil olaraq böyük həcmdə sıxışdırmışdır.
Erməni dili
[redaktə | mənbəni redaktə et]Hazırda Azərbaycan ərazisi daxilində erməni dili işğaldan azad olunmuş Qarabağ ərazilərində yaşayan ermənilər tərəfindən istifadə edilir. Üstəlik Ermənistandan deportasiya olunmuş azərbaycanlılarında bir qismi bu dili sərbəst şəkildə bilsədə günlük məişətdə istifadə edilmir[4].
Dağıstan dilləri
[redaktə | mənbəni redaktə et]- Avar dili
- Axvax dili
- Buduq dili
- Qrız dili
- Cek dili
- Ləzgi dili
- Rutul dili
- Udin dili
- Xınalıq dili
- Saxur dili
İran dilləri
[redaktə | mənbəni redaktə et]Azərbaycanda UNESCO tərəfindən təhlükə altında hesab edilən dillər
[redaktə | mənbəni redaktə et]- zəif dərəcədə təklükədə - ləzgi, talış dilləri
- açıq şəkildə təhlükədə - cuhuri, rutul, saxur dilləri
- ciddi şəkildə təhlükədə - buduq, xınalıq, qrız, tat, udin dilləri
- kritik şəkildə təhlükədə - yoxdur
- yoxa çıxmış - kilit[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The State Statistical Committee of the Republic of Azerbaijan Arxivləşdirilib 2015-12-06 at the Wayback Machine: Population by ethnic groups Arxivləşdirilib 2016-11-13 at the Wayback Machine
- ↑ "Конституция Азербайджанской Республики". Система Гарант. 2008-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ "Закон Азербайджанской республики «О государственном языке в Азербайджанской Республике»". Medialaw.ru. 2011-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ "Azərbaycan və Rudiya. Cəmiyyət və dövlət". 2011-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-03.
- ↑ unesco.org. "UNESCO Atlas of the World's Languages in Danger. INTERACTIVE ATLAS". 2016-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.