Azərbaycan (jurnal, 1923)
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan jurnalı | |
---|---|
Baş redaktor | İntiqam Qasımzadə |
Növ | Aylıq jurnal |
Format | A4 |
Təsis tarixi | 28 yanvar, 1923 |
Qərargah | Azərbaycan, Bakı şəhəri, |
Dil | Azərbaycan dili |
Azərbaycan — Azərbaycanda nəşr olunan ədəbiyyat jurnalı.
Haqqında
[redaktə | mənbəni redaktə et]"Azərbaycan" jurnalının ilk nömrəsi 1923-cü il yanvar ayının 28-də işıq üzü görüb. O vaxt jurnal "İnqilab və mədəniyyət" adı altında nəşr edilib. Əsas məqsədi Azərbaycan ədəbiyyatının, nəzəri ədəbiyyatşünaslığın, ictimai və elmi fikrin, bütövlükdə mədəniyyətin mənzərəsini əks etdirmək, çağdaş dünya ədəbiyyatı və mədəniyyətində gedən proseslərin, mövcud cərəyan və təmayüllərin milli düşüncədə təzahürünü, eyni zamanda qloballaşma şəraitində ədəbiyyat və mədəniyyətimizin milli istiqamətlərinin qorunmasını təmin etməkdir.[1]
24 noyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə jurnalın dövlət büdcəsinin vəsaiti hesabına çap olunması qərara alınmışdır[2].
27 yanvar 2003-cü ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə jurnalın əməkdaşları Azərbaycan Respublikasının fəxri adları ilə təltif olunmuşlar.[3]
Jurnalın şöbələri
[redaktə | mənbəni redaktə et]- Poeziya, nəsr, tənqid və ədəbiyyatşünaslıq, publisistika.
Müxtəlif illərdə jurnal aşağıdakı adlarla çıxıb
[redaktə | mənbəni redaktə et]- "Maarif və mədəniyyət — 1923–1927-ci illərdə
- "İnqilab və mədəniyyət" — 1928–1936-cı illərdə
- "Revolyusiya və kultura" — 1936–1941-ci illərdə
- "Vətən uğrunda" — 1941–1946-cı illərdə
- "İnqilab və mədəniyyət" — 1946–1952-ci illərdə
- "Azərbaycan" — 1953-cü ildən bu günə kimi
Baş redaktorları
[redaktə | mənbəni redaktə et]- Tağı Şahbazi Simurq — 1923
- Cəlil Məmmədzadə — 1924–1926
- Ruhulla Axundov — 1927–1928
- Mustafa Quliyev — 1929–1932
- Museyib Şahbazov — 1932–1933
- Hacıbaba Nəzərli — 1934
- Məmməd Kazım Ələkbərli — 1934–1936
- Mirzə İbrahimov — 1938–1941
- Məmməd Arif — 1942–1945
- Mehdi Hüseyn — 1946–1950; 1954
- Əbülhəsən — 1952–1953
- Əli Vəliyev — 1954; 1958–1959
- Əhməd Cəmil — 1959–1960
- Qılman Musayev — 1963–1966
- Cəlal Məmmədov — 1966–1975
- İsmayıl Şıxlı — 1976–1978
- Əkrəm Əylisli — 1978–1983
- Cabir Novruz — 1984–1987
- Yusif Səmədoğlu — 1987–1997
- İntiqam Qasımzadə — 1997 -dən bu günə kimi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ""Azərbaycan " dərgisi". 2012-05-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-21.
- ↑ Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 1997-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ ""Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli, 846 nömrəli Fərmanı". e-qanun.az. 27 yanvar 2003-cü il. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.