Azərbaycan–Şimali Kipr münasibətləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan-Şimali Kipr münasibətləri
Şimali Kipr və Azərbaycan
 Şimali Kipr  Azərbaycan

Azərbaycan–Şimali Kipr münasibətləriAzərbaycan Respublikası ilə Şimali Kipr Türk Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil.

14 yanvar 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının ilk prezidenti olmuş Rauf Denktaşın vəfatı ilə əlaqədar başsağlığı vermişdir[1].

Şimali Kipr azərbaycanlıları

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Şimali Kipr Doğu Akdeniz Universitetində 500 nəfər azərbaycanlı tələbə təhsil almışdır[2]. Həmin vaxt Universitetin Azərbaycanlı Tələbələr Cəmiyyətinin sədri Elçin Süleymanov olmuşdur[2].

Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzidir[3]. Həmin Mərkəzin sədri azərbaycanlı professor Fəxrəddin Məmmədovdur[3]. O, həm də Yaxın Şərq Universitetinin prorektorudur[3].

Daha bir təşkilat isə Azərbaycan-Şimali Kipr Gəncləri Birliyidir[4].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]