Ayris Mördok
Cin Ayris Mördok | |
---|---|
Jean Iris Murdoch | |
Doğum tarixi | |
Doğum yeri | Dublin, İrlandiya |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Oksford, Böyük Britaniya |
Vəfat səbəbi | Altsheymer xəstəliyi[1] |
Vətəndaşlığı |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Fəaliyyəti | Yazıçı, filosof |
Fəaliyyət illəri | 1953-97 |
Əsərlərinin dili | İngilis |
Üzvlüyü | |
Mükafatları |
Cin Ayris Mördok (ing. Jean Iris Murdoch; 15 iyul 1919[2][3][…], Dublin[2] – 8 fevral 1999[3][4][…], Oksford, Birləşmiş Krallıq[5]) — İngilis yazışısı və filosofu. Ədəbiyyat üzrə Mən Buker mükafatının laureatıdır, o bu mükafatın siyahısına, rekord olaraq, 6 dəfə seçilib.[6] Mördok 26 roman, 5 oyun, 5 fəlsəfə əsəri ve 1 ədəd şeir toplusu kitablarının müəllifidir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ayris Mördok İrlandiyanın Dublin şəhərində Uils Con Hyuqs Mördok və Ayren Elis ailəsində dünyaya göz açıb. Onun atası məmur idi, anası isə, Ayrisin anadan olmasına qədər mügənni olmuşdur. Ayris ailənin yeganə övladı idi. Ayris Oksford Universitetinin klassik fəlsəfə fakultəsində (1938—1942) Kembric Universitetində isə fəlsəfə fakultəsində (1947—1948) təhsil alır. Oksford Universitetində müəllim kimi işləyir. Universitet illərində o çox sayda önəmli şəxsiyyətlərlə tanış olur. 1938-ci ildə Ayris Kommunist Partiyasının sıralarına daxil olur. 1956-cı ildə o Con Beyli adlı yazıçı və ədəbiyyat tənqidçisi ilə ailə qurur.[7] Həyat yoldaşı ilə, ölənə kimi heç ayrılmayıb, 40 il birlikdə yaşadılar. Onların uşaqları olmadı.
1954-cü ildə Ayris Mördokun "Tor altında" (Under the Net) adlı ilk romanı işıq üzü gördü. 1987-ci ildə o Britaniya Imperiyasının Ordeninin (Order of the British Empire) Xanım-komandoru olur. 1995-ci ildə Mördok öz son əsərini "Ceksonun dileması" (Jackson's Dilemma) adlı romanını yazır. Lakin tənqidçilər əsəri soyuq qarşılayır.
Həyatının son illərini yazıçı Alsheymer xəstəliyi ilə mübarizədə keçirir.[8] Ayris Mördok 8 fevral 1999-cu il tarixində qocalar evində vəfat etdi.[9]
Ayris Mördok çoxları tərəfindən XX əsrin ən yaxşı roman yazarlarından biri və müasir ədəbiyyatın tanınmış klassiki kimi tanınır.
2001-ci ildə yazıçının həyatını haqqında "Ayris" adlı film (rejissor Riçard Ayr) çəkilib. Ayrisin rolunda Keyt Uinslet və Cudi Denç çəkiliblər. Hər iki aktrisa bu rola görə Oskar mükafatına namizəd olmuşdurlar.
Ayris Myordokun kağız arxivi Ayova ştatının Universitetinə verilib.
Əsərləri
[redaktə | mənbəni redaktə et]Romanlar
[redaktə | mənbəni redaktə et]- Under the Net (Tor altında) (1954)
- The Flight from the Enchanter (Sehrbazın əlindən qaçış) (1956)
- The Sandcastle (Qum qalası) (1957)
- The Bell (Zəng) (1958)ü
- A Severed Head (Kəsilmiş baş) (1961)
- An Unofficial Rose (İtburnu) (1962)
- The Unicorn (Təkbuynuz) (1963)
- The Italian Girl (İtaliyalı qız) (1964)
- The Red and the Green (Al və yaşıl) (1965)
- The Time of the Angels (Mələklər zamanı) (1966)
- The Nice and the Good (Yaxşılar və Allah) (1968)
- Bruno's Dream (Brunonun yuxusu) (1969)
- A Fairly Honourable Defeat (Şərəfli məğlubiyyət) (1970)
- An Accidental Man (Təsadüflər adamı) (1971)
- The Black Prince (Qara şahzadə) (roman) (1973
- The Sacred and Profane Love Machine (Müqəddəs və kafir sevgi maşını) (1974)
- A Word Child (Şözünün uşağı) (1975)
- Henry and Cato (Henri və Kato) (1976)
- The Sea, the Sea (Dəniz, dəniz) (1978), Bu kitab ilə Mən Buker mükafatını qazandı.
- Nuns and Soldiers (Rahibələr və əsgərlər) (1980)
- The Philosopher's Pupil (Filosofun şagirdi) (1983)
- The Good Apprentice (Fəzilət məktəbi) (1985)
- The Book and the Brotherhood (Kitab və qardaşlıq) (1987)
- The Message to the Planet (Planetə ismarış) (1989)
- The Green Knight (Yaşıl cəngavər) (1993)
- Jackson's Dilemma (Ceksonun dileması) (1995)
- Something Special (xüsusi bir şey) (ikinci nəşr, 1999; orijinal nəşr 1957)
Fəlsəfi əsərlər
[redaktə | mənbəni redaktə et]- Sartre: Romantic Rationalist (1953)
- The Sovereignty of Good (1970)
- The Fire and the Sun (1977)
- Metaphysics as a Guide to Morals (1992)
- Existentialists and Mystics (1997)
Oyunlar
[redaktə | mənbəni redaktə et]- A Severed Head (with J.B. Priestly, 1964)
- The Italian Girl (with James Saunders, 1969)
- The Three Arrows & The Servants and the Snow (1973)
- The Servants (1980)
- Acastos: Two Platonic Dialogues (1986)
- The Black Prince (1987)
Şerlər
[redaktə | mənbəni redaktə et]- A Year of Birds (Quşlar ili) (1978; revised edition, 1984)
- Poems by Iris Murdoch (Ayris Mördokun şerlər toplusu) (1997)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.independent.co.uk/arts-entertainment/obituary-dame-iris-murdoch-1069841.html.
- ↑ 1 2 Мёрдок Айрис // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Iris Murdoch // Internet Broadway Database (ing.). 2000.
- ↑ Deutsche Nationalbibliothek Record #118585835 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Arxivlənmiş surət". 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-25.
- ↑ Iris Murdoch 1919 - 1999. — BBC Home, 2009
- ↑ Erkül Puaronun xəstə anası// 1-я Крымская информационно-аналитическая газета. — News Me, 18 aprel 2009
- ↑ Richard Nicholls Iris Murdoch, Novelist and Philosopher, Is Dead. — Nyu York: The New York Times, 9 fevral 1999
- 15 iyulda doğulanlar
- 1919-cu ildə doğulanlar
- 79 yaşında vəfat edənlər
- 8 fevralda vəfat edənlər
- 1999-cu ildə vəfat edənlər
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Dublində doğulanlar
- Oksfordda vəfat edənlər
- XX əsr filosofları
- XX əsr şairləri
- İngilis yazıçılar
- Ateist filosoflar
- Britaniya sosialistləri